Ermənilərin mina terroru: Tərtər sakininin bədənində qəlpə yaraları açılıb, bir gözü kor olub
"Mina partlayışı bədənimdə ağır qəlpə yaraları açıb, gözlərimdə görmə itkisinə səbəb olub".
Sonxeber.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Ermənistanın mina terroru zamanı xəsarətlər alan Elgün Ələkbərov deyib.
O, 44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun Qaraqoyunlu kəndində yerləşən pambıq zavodunda traktorçu işləyib: "Pambıq əkini üçün ərazini şumlayarkən tank əleyhinə minaya düşdüm. Ağır xəsarətlər aldım. Ayağımdakı qəlpə yaralarının ağrısından və sızıltısından gecələr yata bilmirəm".
E.Ələkbərov gözlərindən birinin görmə qabiliyyətini tamamilə itirdiyini deyib: "Digər gözüm isə 11 faiz görür. Ətrafımdakı insanları sadəcə səslərindən tanıya bilirəm. Bundan sonra bir gözümün 11 faizlik görmə qabiliyyətini tamamilə itirməmək üçün 6 aydan-bir həkim müayinəsindən keçməliyəm".
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 314 nəfər minadan zərər çəkib. 48 nəfəri mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər həlak olub. Eyni zamanda mina partlayışları nəticəsində ümumilikdə 101 nəfər mülki, 152 nəfəri isə hərbçi yaralanıb.
Xatırladaq ki, hazırda 970 551.604 kv.m (97 055.2 ha) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib. Aşkar edilmiş mina və digər partlayıcılar cəmi 94 244 ədəd, piyadalar əleyhinə minalar 29 617, tank əleyhinə minalar 17 048, partlamamış hərbi sursatlar isə 47 579 ədəddir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1399 Tarix: 20 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Depressiya ilə adi kefsizliyin fərqi nədir? - AÇIQLAMA
Müasir dövrdə "depressiyadayam" ifadəsi gündəlik danışıq dilində tez-tez işlədilir. Lakin bir çox hallarda insanlar əslində qısa müddətli kefsizliklə klinik depressiyanı bir-birinə qarışdırır. Bəs görəsən bu iki vəziyyət arasındakı fərqlər nələrdir? . Psixoloq G.Qədirli bu barədə -a açıqlam
24 aprelNikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi
25 aprelBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı
26 aprelBank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy
26 aprelAğır qəzada ölən baytarın FOTOSU
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, baytar Bakir Quliyev hadisə yerində həyatını itirib. "Qafqazinfo"ya istinadən qəza zamanı ölən baytarın fotosunu təqdim edir:
25 aprel