Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib: "ASALA təhlükəsi var"

Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib: "ASALA təhlükəsi var"Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci ildə qısa zamanda üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi oyandırdı.

Həmin dövrdə uşaqdan-böyüyə hər bir həmvətənimiz dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirdi. Hər bir soydaşımız, həmvətənimiz dövlətimizin, ordumuzun yanında oldu. 44 gün ərzində torpaqlarımızın azad olunması üçün gecə-gündüz əlindən gələni etdi.

Məlumdur ki, keçən dövr ərzində acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövləti mənfur məqsədlərinə nail olmaq üçün bütün insanlığazidd addımlarla, mülki şəxsləri qəsdən hədəfə almaqla minalama siyasətini həyata keçirir. Azərbaycanın dövlət sərhədləri çərçivəsində erməni silahlı birləşmələrinin həyata keçirdiyi mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması bunun bariz nümunəsidir. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlifçaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis işləri ilə təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

19 sentyabr 2023-cü il tarixində Azərbaycanın müzəffər Ordusu Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Həyata keçirilən antiteror tədbirlərinn böyük narahatlıq keçirən və çıxılmaz vəziyyətə düşən Ermənistan hökumətinin və onun maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində, erməni diasporunun isə xarici ölkələrdə həmvətənlərimizə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirəcəyi də istisna edilmir. Belə ki, uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar həyata keçirən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə son dövrlər erməni diasporunun aqressivləşdiyini nəzərə alsaq, onların daha çox məskunlaşdığı və Ermənistanın havadarları qismində çıxış edən dövlətlərdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa və ehtiyatlı olmağa səsləyirik.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi bir daha son dərəcədə ehtiyatlı olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə yaşadığınız ölkənin hüquq-mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki müvafiq qurumlarına və Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyə edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 889   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr