Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilibSentyabrın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclası açan komitə sədri Hicran Hüseynova Ordumuzun Qarabağ iqtisadi rayonunda dünəndən başladığı anti-terror tədbirlərinin bu gün separatçıların təslim olması ilə nəticələnməsi münasibətilə təbriklərini çatdırıb. Komitə sədrinin təklifi ilə dünən erməni terrorçularının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının, mülki şəxslərin və anti-terror tədbirləri zamanı şəhid olan əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin - Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatın və Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.
Hicran Hüseynova diqqətə çatdırıb ki, hesabat müddətində komitənin 11 iclası keçirilib, həmin iclaslarda 34 məsələyə baxılıb. Hesabat dövründə komitədə 9 qanun layihəsi üç oxunuşda, 4 qanun layihəsi isə bir oxunuşda müzakirə edilib.
Yaz və növbədənkənar sessiyalar ərzində komitə parlament rəhbərliyinin dəstəyi və Yeni Azərbaycan Partiyası ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində" mövzusunda konfrans keçirib. Həmin konfransda əsası Ulu Öndər tərəfindən qoyulan dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi sahəsində qanunvericilik bazasının, həmçinin institusional mexanizmlərin yaradılması, daha sonra bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirilməsi ilə bağlı çıxışlar edilib, bir sıra qeyd və təkliflər səsləndirilib.

Komitə sədri və üzvləri "Heydər Əliyev ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yerli və beynəlxalq səviyyələrdə keçirilən tədbirlərdə fəal iştirak ediblər.

Komitə üzvləri, eləcə də Milli Məclisin xanım millət vəkilləri "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin üzvləri ilə görüşərək, onların fəaliyyəti ilə yaxından tanış olublar, həm təşkilatın, həm də onların fərdi qaydada problemlərini dinləmiş, müzakirələr aparmışlar.

Bundan başqa, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə" mövzusunda birgə ictimai dinləməsi də keçirilib. Tədbirdə iştirak edən uşaqlar müasir dövrdə onları narahat edən, düşündürən məsələlər haqqında fikirlərini və təkliflərini bildirmiş, millət vəkillərinə suallar ünvanlamışlar.
2023-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 300-dən artıq ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılmış və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilmişdir. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılmış və qanun çərçivəsində həllinə nail olunmuşdur.

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı Hicran Hüseynova diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmçinin "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda dinləmənin keçirilməsi də planlaşdırılıb.

Müzakirələrdə Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Pərvin Kərimova, Tamam Cəfərova, Könül Nurullayeva, Sevil Mikayılova çıxış ediblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri komitənin məhsuldar fəaliyyət göstərdiyini deyərək, qarşıdakı sessiya üçün iş planı ilə bağlı təkliflərini səsləndiriblər, bəzi aktual məsələlərə dair qeydlərini diqqətə çatdırıblar.

Komitə üzvləri Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyiblər.

İclasda deputat Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilibMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilibMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 920   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr