"Ali Baş Komandanın antiterror tədbirlərinin yekunlarına dair xalqa ötəngünkü müraciətinin çox böyük tarixi əhəmiyyəti var" - DEPUTAT

"Ali Baş Komandanın antiterror tədbirlərinin yekunlarına dair xalqa ötəngünkü müraciətinin çox böyük tarixi əhəmiyyəti var" - DEPUTAT"24 saatlıq anti-terror əməliyyatı Azərbaycan ordusunun və dövlətinin gücünü bir daha dünyaya sübut etdi".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı bir daha dünyaya göstərdi ki, regionda söz sahibi Azərbaycandır:

"Bu dəfə ermənilər qüdrətli Azərbaycan ordusu qarşısında cəmi 24 saat tab gətirə bildi. Azərbaycan ordusu qarşısında aciz olan Qarabağdakı qanunsuz silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldu. Əldə olunan razılığa əsasən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tam şəkildə tərksilah olunaraq silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxırlar. Əslində bu, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının Qarabağa daxil olmasıyla paralel olaraq, qeyri-qanuni erməni silahlı dəstələri bölgəni tərk etməli idi. Amma Azərbaycanın bu tələbi 3 ildir ki, ermənilər tərəfindən yerinə yetirilmir, təxribatlar davam edirdi. 3 ildir ki, ermənilərin icra etməkdən boyun qaçırdığı bu öhdəliyi də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu icra etdi. Erməni terrorçuları Azərbaycanın Müzəffər Ordusunun qarşısında cəmi 24 saat dayana bildi. Növbəti biabırçı məğlubiyyətə uğrayan qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldu".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin dünənki müraciətində növbəti dəfə dövlətimizin, xalqımızın humanistliyini və sülhpərvərliyini göstərdi:

"Ali Baş Komandanın xalqa ötəngünkü müraciətinin çox böyük tarixi əhəmiyyəti var. Azərbaycan torpaqlarında qurulan 30 illik separatizmə son qoyuldu. 30 il ərzində biz ermənilərin kimklər tərəfindən himayə olunduğunu gördük. Əsas da 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə. Cənab prezidentin antiterror tədbirlərinin yekunlarına dair xalqa müraciətində əsas məqamlardan biri Qarabağdakı ermənilərin gələcək aqibətləri ilə bağlı dövlətimizin yürüdəcəyi siyasətə dair fikirlərdir. Dövlət başçısı növbəti dəfə Azərbaycan xalqının necə humanist və sülhpərvər olduğunu göstərdi. Ermənilər Azərbaycan qanunları qəbul etdikləri təqdirdə Qarabağda yaşaya bilərlər. Bizim heç kimə zorla qanunlarımızı qəbul etdirmək niyyətimiz yoxdur. Qanunlarımızı qəbul etməyən ermənilər təhlükəsiz şəkildə ölkəmizi tərk edə bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2442   Tarix: 21 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

4 oktyabr
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

4 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr