Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Sentyabrın 23-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev Azərbaycan və Gürcüstan arasındakı tarixin dərinliklərindən gələn dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb, Azərbaycanın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından bəhs edərək bu kontekstdə parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb.
Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, eyni coğrafiyanın və ümumi maraqların da birləşdirdiyini deyən Arzu Nağıyev regional sülhün və əməkdaşlığın inkişafı istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında memorandumun əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan imkanları bütün platformalarda, o cümlədən mədəniyyət platformalarında dəstəkləməyə hazır olduqlarını bildirib.
Sonra, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərov, Gürcüstan parlamentinin üzvü Savalan Mirzoev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qeyd ediblər ki, ölkələrimiz arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə dəstəklənir. Çıxışçılar ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, mədəniyyətlərin Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə verə biləcəyi töhfələr, bu istiqamətdə səylərin birləşdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Görüşün sonunda Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze "Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi arasında əməkdaşlıq haqqında Memorandum"u imzalayıblar





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO