Əli Əsədov: "Bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir"

Əli Əsədov: "Bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir"Azərbaycanda bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir.

Bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında Baş nazir Əli Əsədov deyib.

Ə.Əsədov vurğulayıb ki, buna nail olunması dövlət başçısının hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biridir.

Onun sözlərinə görə, bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə "İnflyasiya və qiymət monitorinqi" üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
"İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Məhz bu baxımdan ortamüddətli dövrdə də hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsidir", - deyə baş nazir qeyd edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın 5,3%-ə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9%, 2026-cı ildə 4,4%, 2027-ci ildə 4,2% səviyyəsində proqnozlaşdırılır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 11,7% səviyyəsində qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1136   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Gürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

23 sentyabr
.

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind

26 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 98,43 dollara düşdü

Fars körfəzi bölgəsindən tədarükün artması ümidləri fonunda neft qiymətləri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,82 dollar (0,83%) azalaraq 98,43 dollar/barel təşkil edib

23 sentyabr