Vətəndaş müharibəsi astanasında olan Ermənistan - TƏHLİL

Vətəndaş müharibəsi astanasında olan Ermənistan - TƏHLİLAzərbaycanın Qarabağ iqtisadi rayonunda reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri zəlzələ effekti yaradıb. İctimai-siyasi vəziyyəti günü-gündən gərginləşən Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır.

"Kaspi" qəzetinin mövzu ilə bağlı yazısında deyilir:

Azərbaycanın başlatdığı antiterror tədbirləri uğurla başa çatdıqdan və qarşıya qoyulan bütün hədəflərə nail olduqdan sonra İrəvan küçələrində xaos başlayıb. Onsuz da Nikol Paşinyanı devirmək üçün fürsət gözləyən müxalifət küçələrə axışıb. Etirazçılar küçələri və yolları bağlayır, ruporlar vasitəsilə insanları mitinqlərə səsləyir, Nikol Paşinyanın istefasını tələb edirlər.

Onların Paşinyandan əsas tələbi isə qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımasıdır. Müxalifət artıq qondarma rejimin tarixə qovuşduğunu bilir, sadəcə Paşinyana qarşı istifadə edilən sonuncu kartın əldən çıxması onları narahat edir. "Küçələrdə Ermənistanın, Zəngəzurun, Basarkeçərin və Qarabağın taleyi həll olunur" tezisi ortaya atılıb.

Qeqamın sınan burnu

Etirazçılar kütləvi aclıq elan etdiklərini bildirərək idmançıları, mədəniyyət xadimlərini, Katalikos Qaregini də aksiyaya qoşulmağa dəvət ediblər. Elə axşam saatlarında polislə etirazçılar arasında ilk toqquşma baş verib. Toqquşma zamanı Hayastan blokunun deputatı Qeqam Manukyan döyülüb. Burnu sınan Manukyan xəstəxanaya yerləşdirilsə də, videomüraciət yayımlayıb və xalqı küçələrə səsləyib. "Erməni dövlətçiliyinin" məhv olma təhlükəsi ilə üz-üzə olduğunu bildirən Qeqam, əslində xalqı vətəndaş müharibəsinə səsləyib.

Manukyan müxalifətin Milli Komitəsini yaradıb

Aksiyalara müxalifətlə yanaşı, keçmiş məmurlar da qoşulub. Ermənistanın birinci baş naziri olan Vazgen Manukyan müxalifət tərəfindən milli komitənin yaradıldığını elan edib və kütləvi itaətsizlik hərəkatına başladığını bildirib. Onun planına əsasən, komitə 11 nəfərdən ibarət olmalıdır. Hazırda 5 nəfərin adı məlumdur: Manukyan, "Şərəfim var" fraksiyasının lideri Hayk Mamicanyan, "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan, "Hayakve" təşəbbüsünün təsisçisi Avetik Çalabyan və "Daşnaksütyun" nümayəndəsi İşxan Saqatelyan.

Polislə toqquşma və həbs dalğası

Aksiya iştirakçıları hökumət binasını mühasirəyə aldıqdan sonra Paşinyan qəti surətdə istefa verməyəcəyini açıqlayıb. Paralel olaraq isə polis aksiya iştirakçılarına qarşı zorakılıq tədbirlərinə start verdi. Baş nazir gözəl anlayır ki, aksiya iştirakçılarının əsas məqsədi İrəvan küçələrini qana boyamaq, bunun günahını hökumətin üzərinə yıxmaq və xalqın gözündə onun qəddar və qaniçən obrazını yaratmaqdır. Bununla belə, polis zorakılıqdan çəkinmir. Artıq yüzlərlə aksiya iştirakçısı polis tərəfindən həbs edilib. Onların arasında keçmiş prezident Robert Köçəryanın oğlu Leon Köçəryan və "Hayastan" fraksiyasının deputatı Mher Melkonyan da var. Həbs edilənlər konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham edilirlər. "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyan da polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Müxalifət isə tələbələr və idmançılar vasitəsilə İrəvanda kütləvi iğtişaşlar törətməyi planlaşdırır. Artıq bir sıra ali məktəblər də müxalifətin çağırışına səs verərək aksiyalara qoşulublar. Onların sırasında Fransa Ermənistan Universitetinin olması da maraq doğurur.

Belə görünür ki, tərəflərin qəti surətdə kompromisə getmək niyyəti yoxdur. Artıq müxalifətlə hakimiyyətin ölüm-dirim mübarizəsi başlayıb.

Robert Köçəryan Rusiya kartını işə salır

Bu yaxınlarda İrəvan meriyasına keçirilən seçkilərdə fəallıq nümayiş etdirən Robert Köçəryanın da İrəvandakı etiraz aksiyalarından istifadə edəcəyi ehtimal olunur. Elə bu səbəbdən Ermənistanın eks-prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışığı mətbuata sızdırılıb. Ermənistan DTX tərəfindən paylaşılan səs yazısında Köçəryan vəziyyətdən narahat olduğunu bildirir. Məsələ ilə bağlı Köçəryan açıqlama verərək səs yazısının köhnə olduğunu qeyd etsə də, hakim partiyanı razı sala bilməyib. Paşinyan səs yazısını yaydırmaqla, İrəvanda baş verən etiraz aksiyalarında Rusiyanın əli olduğuna işarə edib. Onsuz da son dövrlər baş nazirlə Rusiya arasında münasibətlər kifayət qədər sərindir. Xarici siyasət vektorunu tamamilə Qərbə çevirən Paşinyan Rusiyanın qəzəb oxunu üzərinə çəkdiyini gözəl anlayır. Bu səbəbdən etiraz aksiyalarının təşkilində Rusiyanı günahlandıraraq Qərbdən dəstək istəyir.

Kilsə və diaspor müxalifəti dəstəkləyəcəkmi?

Erməni kilsəsinin də prosesə daxil olacağı istisna edilmir. Artıq I Aram və II Qaregin açıqlama verərək xalqı səfərbər olmağa, Qarabağ ermənilərini qorumağa və Ermənistan dövlətçiliyini mühafizə etməyə səsləyiblər. Dolayısı ilə kilsə uzun müddətdir Paşinyanla gərgin olan münasibətlərinə İrəvan küçələrində aydınlıq gətirmək niyyətindədir. Diaspor isə hələ susur.

Görünür, Paşinyanın Qərbə doğru istiqamət alması diasporun ağalarının işinə yaradığı üçün sükutu daha üstün tutublar. Hadisələrin gedişatı isə Ermənistandakı xaosun daha da böyüyəcəyinə işarə edir. Meriya seçkilərində uğursuzluğa düçar olan müxalifət vəziyyəti vətəndaş müharibəsinə qədər aparacağına işarə etmişdi. İndi də fürsəti əldən vermək niyyətində olmadıqlarını göstərirlər...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1199   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Minsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır

Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə

3 oktyabr
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

3 oktyabr
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

4 oktyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

4 oktyabr
.

Tramp və Vens gizli Kemp Devid görüşündə İran və Yəmən məsələlərini yüksək səviyyəli təhlükəsizlik müşavirləri ilə müzakirə ediblər - Axios

Axios xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə ABŞ vitse-prezidenti JD Vensin sədrliyi ilə və administrasiyanın milli təhlükəsizlik üzrə yüksək vəzifəli köməkçilərinin iştirakı ilə İran və Yəmən mövzusunda gizli görüşdə iştirak edib. The Jerusalem Post-a istinadən xəbər veri

3 oktyabr
.

Makron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını

2 oktyabr
.

Tramp İrana yeni zərbələr endirəcəyini düşündüyü bir vaxtda Pentaqon Yaxın Şərqdə daha çox dəniz qüvvəsi yerləşdirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası noyabr ayında keçiriləcək ara seçkilər yaxınlaşdıqca, səkkizinci ayında İran müharibəsinə necə yanaşmaq barədə müzakirələr aparır. "Washington Post" qəzetinin cümə günü verdiyi məlumata görə, ABŞ ordusu yaxın həftələrdə Yaxın Şərqdə minlərlə dəni

3 oktyabr
.

Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində

2 oktyabr