Türkiyədə nicat axtaran daşnaklar - ŞƏRH

Türkiyədə nicat axtaran daşnaklar - ŞƏRHHər bir erməni daxilən daşnakdır. Daşnak ideologiyası orta statistik erməninin dünyaya baxışıdır. Erməni ətrafda baş verənlərə daşnak eynəyi ilə baxır. Fərqi yoxdur hansı partiyanın üzvü, hansı yolun yolçusudur - istənilən erməninin qəlbinin ən ucqar guşəsində bir daşnak gizlənib və o, nə vaxtsa özünü göstərməlidir. Mütləq...

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Dünyanın dörd bir yanında fəaliyyətdə olan erməni diasporunun sütununu "Daşnaksütyun" partiyası təşkil edir. Əslində, erməni diasporu elə "Daşnaksütyun" deməkdir. Erməni siyasi palitrasında daşnaklar yeganə radikal ideologiya daşıyıcısı deyillər. Tarixdə, misal üçün, "Qnçak"ın daşnaklardan daha aqressiv olduğu anlar var. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan ideoloji müstəvidə daşnaklarla antoqonist mövqedə olsa da, "Qarabağ Ermənistandır və nöqtə" söyləməklə heç bir radikalın dilə gətirmədiyini deyib. Odur ki, erməninin daşnakı ilə kommunisti, sosdemi ilə liberalı arasında heç bir fərq yoxdur. Daha doğrusu, onları ümumiləşdirən cəhət var: hamısı daşnakdır.

Satqın radikallar

"Erməni genosidi" yalanlarının ilk ayaq tutub yeridiyi ölkələr "Daşnaksütyun"un güclü özəklərinin fəaliyyətdə olduğu yerlərdir. Məsələn, Latın Amerikası ölkələri. Saxta soyqırımı iddialarının qanunverici orqanlar tərəfindən ilk dəfə qəbul edildiyi dövlətlərdə kifayət qədər aktiv erməni icması var ki, onların hər biri daşnak ideologiyasının təsiri altındadır. Bununla belə, "Daşnaksütyun" ermənilərin müasir tarixində heç də hər zaman müsbət imicə sahib olmayıb. İndinin özündə də XIX-XX əsrləri tədqiq edən erməni tarixçiləri arasında daşnakları 1918-20-ci illərdə mövcud olmuş birinci Ermənistan respublikasını bolşeviklərə təhvil verməkdə suçlayanlar var. Haşiyədən kənara çıxmayaraq qeyd edək ki, bolşeviklər tərəfindən ilhaq edilən, tarixi Azərbaycan torpaqlarında bərqərar olmuş o vaxtkı müstəqil Ermənistanın rəhbərliyində məhz daşnaklar təmsil olunurdular. Bu azmış kimi, onlar tək dövləti bolşeviklərə verməkdə deyil, həm də nicat və xilas üçün Türkiyədən yardım istəməkdə günahlandırılırlar.

"Türkpərəst" Ermənistan

Ermənistanın o vaxtkı baş naziri Simon Vratsyanın 18 mart 1921-ci il tarixli məktubu var. Vratsyan bolşeviklər tərəfindən ilhaq edilmiş birinci respublikanı geri almaq üçün Türkiyəyə müraciət edir. Erməni baş nazir bu məqsədlə Türkiyə Böyük Millət Məclisinə göndərdiyi məktubda yazır: "Ermənistanın azadlıq və müstəqillik uğrunda bolşeviklərlə mübarizəsi tək Ermənistan deyil, Yaxın Şərqin bütün xalqlarının maraqlarına xidmət edir. Ona görə də Ermənistan ümid edir ki, bu mübarizədə qonşularından kömək alacaq. Ermənistanın qələbəsi və müstəqilliyi türk xalqı üçün də həyati əhəmiyyət kəsb edir... Xahiş edirik bizə məlumat verin, Böyük Millət Məclisinin rəhbərliyi bizə hərbi yardımı mümkün sayırmı? Sayırsa, nə vaxt, hansı miqdarda və hansı növdə?" (Avetis Yapuçyan "Fevral avantürasını kim təşkil etmişdi və onun hansı fəsadları oldu", səh 92. Qahirə, 1969-cu il).
Məktubda ən diqqətçəkən məqam onun daşnak tərəfindən düşmən sayılan Türkiyəyə yazılması deyil. Məsələ burasındadır ki, bu gün bütün dünyaya "genosid" deyə car çəkən daşnaklar yüz il bundan öncə Türkiyədən hərbi yardım istəmələri barədə faktları ört-basdır edirlər. Bilirsiniz niyə? Erməni təbliğatı iddia edir ki, türklər 1915-ci ildə onları "soyqırımı"na məruz qoyublar. Və cəmi 6 il bundan sonra isə onlar həmin türklərdən bolşeviklərə qarşı hərbi yardım istəyiblər. Məntiqlə baxsaq, axı bu necə ola bilər? Yaxud cəmi 6 il sonra umu-küsünü unudub Türkiyədən kömək istəyənlər indi niyə türklərdən yanıqlıdırlar?

30 noyabr 1920-ci ildə "Arac" qəzeti yazırdı: "Ermənistanın yalnız bir xilas yolu var – qonşu türklə ümumi dil tapmaq. Əgər yaşamaq, fiziki mövcudluğunu və dövlətçiliyini qorumağı təmin etmək istəyirsə, ruspərəst deyil, türkpərəst siyasi oriyentasiyaya malik olmalıdır". Elə həmin Vratsyan deyirdi: "Bolşeviklərlə mübarizə və sülhün təminatı üçün biz ən çox qonşu Türkiyənin dəstəyinə ehtiyac duyuruq".

"Türk sevdası"

Maraqlıdır ki, daşnakların "türk sevdası" sonrakı illərdə də davam edib. Məsələn, 1955-ci ildə Beyrutda dərc edilən "Daşnak rəhbərliyinin anti-milli mahiyyəti" adlı kitabda "Daşnaksütyun"un elə həmin il Parisdə çap olunmuş məxfi nəşri "Getap"a istinad edilir: "Ardıcıl şəkildə, çap orqanları vasitəsilə ictimai rəyə Türkiyəyə qarşı nifrəti unutdurmalıyıq. Ancaq bunu ehtiyatla etməliyik...". Ermənilərin hər zaman böyük güclərin əlində alət olduqları sirr deyil. 1955-ci il qardaş Türkiyənin NATO-ya üzv olması dövrünə təsadüf edir. Qərbin sovetlərə qarşı Türkiyəni müdafiə etməsi siyasətində ermənilərin də öz rolu olub.

Ermənilərin siyasi buqələmunluqlarına dair çox misallar gətirmək olar. 1890-larda Osmanlıya qarşı Rusiya və Avropadan dəstək alan, 1907-ci ildə gənc türklərə yarınan, 1920-ci illərdə nicat yolunu müasir Türkiyədə axtaran, 1941-45-ci illərdə faşist Almaniyası ilə əməkdaşlıq edənlərdən nə gözləyəsən? Ancaq əsas sual başqadır: daşnak ideologiyasına yoluxmuş radikal, revanş arzusu ilə yaşayan ermənilər Paşinyana niyə "türk Nikol" deyirlər?


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 959   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Minsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır

Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə

3 oktyabr
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

3 oktyabr
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

4 oktyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

4 oktyabr
.

Tramp və Vens gizli Kemp Devid görüşündə İran və Yəmən məsələlərini yüksək səviyyəli təhlükəsizlik müşavirləri ilə müzakirə ediblər - Axios

Axios xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə ABŞ vitse-prezidenti JD Vensin sədrliyi ilə və administrasiyanın milli təhlükəsizlik üzrə yüksək vəzifəli köməkçilərinin iştirakı ilə İran və Yəmən mövzusunda gizli görüşdə iştirak edib. The Jerusalem Post-a istinadən xəbər veri

3 oktyabr
.

Makron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını

2 oktyabr
.

Tramp İrana yeni zərbələr endirəcəyini düşündüyü bir vaxtda Pentaqon Yaxın Şərqdə daha çox dəniz qüvvəsi yerləşdirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası noyabr ayında keçiriləcək ara seçkilər yaxınlaşdıqca, səkkizinci ayında İran müharibəsinə necə yanaşmaq barədə müzakirələr aparır. "Washington Post" qəzetinin cümə günü verdiyi məlumata görə, ABŞ ordusu yaxın həftələrdə Yaxın Şərqdə minlərlə dəni

3 oktyabr
.

Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində

2 oktyabr