Sorğu: Baydenin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib
ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb.
"Report" xəbər verir ki, bunu "ABC News" və "The Washington Post"un keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, insanların yarıdan çoxu - 56% əks fikirdədir.
Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. Prezidentin meksikalı miqrantlarla problemin həllinə yönəlmiş hərəkətlərini respondentlərin cəmi 23%-i bəyənib.
Bundan başqa, vətəndaşların 74%-i hazırkı dövlət başçısının qarşıdan gələn seçkilərdə iştirakını istəmir. Onların fikrincə, Bayden ikinci prezidentlik müddətinə namizəd olmaq üçün çox qocalıb.
Sorğuda ümumilikdə 1 006 ABŞ vətəndaşı iştirak edib. Tədqiqat 15-20 sentyabr tarixləri arasında aparılıb və anketlər ingilis və ispan dillərində doldurulub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 725 Tarix: 24 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
2 oktyabr"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu
"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı
4 oktyabrPentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər
Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. xəbər verir ki, söhbət yanvar ayından bəri sərhədin qanunsuz keçilməsi və narkotik qaçaqmalçılığını
2 oktyabrOman sahillərində xam neft tankeri naməlum mərmi ilə vurulub, UKMTO bildirib
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) şənbə günü səhər saatlarında bildirib ki, xam neft tankerinin kapitanı Omanın dörd dəniz mili şərqində naməlum mərmi ilə vurulub. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO, bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu və hazırda ətraf mühit
3 oktyabr