Madriddə on minlərlə insan etiraza qalxdı - VİDEO
Madridin mərkəzində Kataloniya separatçı siyasətçilərinə mümkün amnistiyaya qarşı çoxminlik etiraz aksiyası keçirilib.
Madriddəki hökumət rəsmilərinin verdiyi məlumata görə, mitinqə 40 minə yaxın insan qatılıb.
Nümayişin təşkilatçısı mühafizəkar Xalq Partiyası olub. Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və mümkün amnistiya əleyhinə şüarlar səsləndiriblər. Mitinqə iyulun 23-də keçirilən ümumi seçkilərdə qalib gələn Xalq Partiyasının çoxsaylı nümayəndələri də qatılıblar.
Qeyd edək ki, mühafizəkarlar təkbaşına hökumət qurmaq üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyiblər. Mühafizəkarlardan sonra ikinci yerdə hökumət başçısı vəzifəsini icra edən Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası qərar tutub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 501 Tarix: 24 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Ordusu Livanda raket qurğusunun məhv edildiyini bildirib
İsrailin Müdafiə Ordusu Livan ərazisinə gecə hücumu zamanı raket buraxılışı qurğusunun məhv edildiyini açıqlayıb. "Report"un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusu bildirib. "Gecə Müdafiə Ordusu İsrailə doğru mərmi atmağa hazır vəziyyətə gətirilən raket buraxılışı qurğusun
12 aprelSerb Patriarxı: Kosovo və Metoxiya olmadan serb xalqının gələcəyi yoxdur
Kosovo və Metoxiyadan imtinaya yol vermək olmaz, çünki bu region serb xalqının mənəvi və tarixi mərkəzi olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Serbiya Pravoslav Kilsəsinin rəhbəri, Serb Patriarxı Porfiri öz Pasxa müraciətində bildirib. Onun sözlərinə görə, Kosovo və Metoxiyada yaşaya
12 aprelUqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb
ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib. məlumat veri
12 aprelABŞ-də texniki səhv qadını zəngin etdi
ABŞ-də maaşının hesablanmasında baş verən yanlışlıq nəticəsində artıq ödənilmiş 19 min dolları özündə saxladığı iddia edilən qadın hakim qarşısına çıxarılıb. xəbər verir ki, bu hadisə barədə "USA Today" məlumat yayıb. Arkanzasa bağlı Consboro şəhərinin sakini, 50 yaşlı Rene Nikol Koulman ahı
12 aprel