Baş həkimdən komaya düşən Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA: Cüzi...- VİDEO
Millət vəkili Qənirə Paşayevanın vəziyyətilə bağlı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev danışıb.
Baş həkim "Xəzər Xəbər"ə bildirib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiyada davam etdirilir.
Onun sözlərinə görə, vəziyyətində cüzi stabilləşmə var.
Kamran Musayev əlavə edib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin nəzarəti altındadır.
Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev isə onun vəziyyətiylə bağlı bildirdi ki, cüzi də olsa yaxşılaşma var.
Millət vəkilinin səhhətindəki durumla bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 23-ü saat 03:01 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4545 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəniz kənarında zəhərlənmişdi - 3 gün sonra xəstəxanada öldü
Fevralın 20-də Sumqayıtda dəniz kənarında kimyəvi məhluldan zəhərlənən şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 37 yaşlı Natiq Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılı
24 fevralPeyvənd vurulan körpə şoka düşərək öldü - Yenilənib
Goranboyda peyvənd vurulan körpə ölüb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib. Faktl
23 fevralAzərbaycanda insanlar ən çox bu yaşda ölürlər
2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb. Rəsmi statistikaya görə
23 fevralBəzi bölgələrdə yağış, dağlıq ərazilərdə qar yağır - duman müşahidə olunur
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 17:00-a olan məlumatında qeyd edilib. Belə ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu
24 fevralNazirin iki müavini vəzifəsindən azad edildi
General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib. Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyi
23 fevralNazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq
Pirəkəşkül və Ağdərədə 23-27 fevral tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındak
23 fevralAltıncı günün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının altıncı günüdür. xəbər verir ki, imsak vaxtı 05:57-yə, iftar isə 18:40-a təyin olunub. Altıncı gününün duası. "Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin"
23 fevralKOBİA və AZPROMO yenidən təşkil olunur - FƏRMAN
Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyya
24 fevralİsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib. xəbər verir ki, bu barədə -a verilən məlumatda iddia edilib. İddiaya əsasən, iclasd
23 fevral