Baş Prokurorluq: "Ermənistan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı cinayətlərə görə cavab verəcək"
"Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək".
Sonxeber.az-ın xəbərinə görə, bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsrin əvvəlində, o cümlədən 1905-1906, 1918-1920, daha sonra 1948-1953-cü illərdə baş vermiş deportasiya, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərinin toplanması zamanı çoxsaylı yerli tarixi arxiv sənədləri ilə yanaşı, xarici arxiv sənədlərinin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib: "Hal hazırda bu istiqamətdə istintaqın aparılması davam etdirilir. Təbii ki, bu işin gedişatı və nəticəsi barədə ictimaiyyət Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən məlumatlandırılacaq".
E.Camalov vurğulayıb ki, eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən, Ermənistan və onların havadarları tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətə və məhkəmələrə çatdırılması istiqamətində təkliflərin hazırlanması istiqamətində işlər aparılmaqdadır: "Əminəm ki, birgə apardığımız işlər tarixi ədalətin bərqərar olmasına səbəb olacaq. Xalqımıza qarşı, o cümlədən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək, mümkün olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunacaq. Bütün qaçqın və məcburi köçkünlər isə öz doğma torpaqlarına qayıdacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 604 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabr