"Emmanuel Makron sərsəm açıqlamaları ilə açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə qarşı çıxır" - DEPUTAT
"Emmanuel Makron verdiyi sərsəm açıqlamaları ilə "qırmızı xətt"i çoxdan keçib".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, Emmanuel Makron tək Azərbaycana deyil, Rusiyaya da qarşı da çıxır:
"Emmanuel Makron və komandası sərsəm açıqlamaları ilə açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə qarşı çıxır. 44 günlük Vətən müharibəsi və sonrakı dövr sübut etdi ki, Fransanın məkrli siyasəti torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalmasında az rol oynamayıb. 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa münaqişənin həlli istiqamətində heç bir ciddi təşəbbüslə çıxış etməyib, əksinə Ermənistana havadarlıq edərək status-kvonun qorunub saxlanmasına çalışıb. Makronun yarıtmaz siyasəti Fransanı heç olmadığı qədər hörmətdən salıb. Emmanuel Makron Fransanın ən uğursuz prezidenti kimi qiymətləndirilir. Makronun uğursuz fəaliyyəti və mütəmadi olaraq Azərbaycana qarşı səsləndirdiyi əsassız bəyənatlar onun siyasi sonunu gətirə bilər".
Deputat vurğulayıb ki, bu gün Makron fəaliyyəti ilə regionda vəziyyəti gərginləşdirməklə sülh prosesini gecikdirməyə çalışır:
"Fransa dəfələrlə Fransa Qarabağa humanitar yardım adı ilə silah göndərib. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Makron verdiyi açıqlamalar və bəyanatları ilə Cənubi Qafqazda sülhə mane olması açıq-aşkar görünür. Makron bilməlidir ki, biz öz torpaqlarımıza ger qayıdırıq. Fransa təxribatları ilə bizi yolumuzdan döndərə bilməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1429 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabr