Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü həbs olundu
Sentyabrın 23-də, saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində işıqforun qırmızı işığında keçən 90-VF-024 dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobilin sürücüsü saxlanılıb.
Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, ərazidə xidmət aparan 99-YP-279 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajı sürücü Kənan Elşən oğlu Quluzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərarsız protokol tərtib edib.
Protokol tərtib olunduqdan sonra Kənan Quluzadə bu barədə anasına məlumat verib. Az sonra 99-KJ-969 dövlət nömrə nişanlı, "KIA Soul" markalı avtomobillə gələn sürücünün anası yol polislərini izləyərək 99-YP-279 dövlət nömrə nişanlı patrul maşınının qarşısını kəsərək YPX əməkdaşlarını küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Xanım sürücü YPX əməkdaşlarına qarşı təhqiramiz sözlər istifadə edərək oğluna əsassız olaraq protokol yazıldığını bildirib. Yol polisi əməkdaşları bu barədə 23-cü Polis Şöbəsinə məlumat veriblər. Hadisə yerinə yaxınlaşan Post Patrul Xidmətinin əməkdaşları xanım sürücü və oğlunu bölməyə aparıblar.
Bölmədə xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.
Həmçinin idarə etdiyi 99-KJ-969 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, ön və arxa faralarda plyonka olduğu, arxa şüşəsilənlərin olmadığı aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5, 342.2.4-cü maddələri ilə protokol tərtib olunub və avtomobil evakuator vasitəsilə duracağa yerləşdirilib.
Xanım sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək barəsində 5 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2133 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabr