Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş...
Bu ilin 18 yanvar tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulmuş körpəsini qətlə yetirməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü T.Əkbərovanın məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə T.Əkbərova Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, həmin gün T.Əkbərova evin sanitar qovşağında təbii yolla diri dünyaya gətirdiyi qız övladını öldürmək məqsədilə yaşadığı 5-ci mərtəbədəki mənzilin pəncərəsindən yola atıb. Ağır xəsarətlər alan körpə hadisə yerində ölüb. Az sonra yoldan keçən şəxslər asfaltın üzərində körpənin meyitini aşkar edərək aidiyyatı üzrə məlumat veriblər.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə yenidoğulmuş körpəsini öldürən qadına 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1654 Tarix: 26 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhər saatlarında Bakıda obyektdə partlayış oldu
Fövqəladə Hallar Nazirliyi səhər saatlarında paytaxtın Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada baş verən partlayış hadisəsi ilə bağlı yeni məlumat yayıb. Qurumdan -a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələr
23 fevralValideyn davranışı uşağın gələcək şəxsiyyətinə necə təsir edir? - AÇIQLAMA
Uşağın şəxsiyyəti boş lövhə kimi formalaşmır. O, ilk gündən valideyn münasibətinin, ailə mühitinin və emosional iqlimin içində böyüyür. Psixoloqlar hesab edir ki, erkən yaş dövründə qurulan bağlanma modeli, valideynin verdiyi reaksiyalar və tətbiq etdiyi tərbiyə üsulu insanın gələcək xarakterinin, özün
24 fevralMilli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarında dəyişiklik layihəsi daxil olmaqla ümumilikdə, 10 məsələ var. İclasa spiker Sahibə Qafarov
24 fevral"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. -a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralı
24 fevralAlim Qasımov Bakıda zavod açdı
Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb. -a istinadən xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir. Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb. Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvlər
24 fevralAzərbaycanda müəllim həbs edildi
Mingəçevirdə orta məktəb müəllimi həbs edilib. -a istinadən xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir - red.) dələduzluqda ittiham edilib. O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib
23 fevralSosial şəbəkədə təhqirlərə görə 6 nəfər məsuliyyətə cəlb edilib
Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edib. sözügedən müraciətin mətnini təqdim edirik:. "Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətənda
23 fevral