Pakistanın keçmiş baş naziri dövlət sirlərini açıqlamaq ittihamı ilə həbsdə qalıb
Pakistanın Xüsusi Məhkəməsi dövlət sirrini yaymaqda təqsirləndirilən şəxslərin - müxalifət partiyası "Təhrik-i İnsaf"ın ("Ədalət Uğrunda Hərəkat") lideri, keçmiş hökumət başçısı İmran Xanın və partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureşin həbs müddətlərini oktyabrın 10-dək uzadıb.
Məlumata görə, təhlükəsizlik məqsədilə məhkəmə iclasları paytaxtın "Attok" həbsxanasında keçirilir. Orada İmran Xan da dələduzluğa görə 3 illik cəza çəkməlidir, lakin məhkəmə əvvəllər hökmün icrasını dayandırıb, ona görə də keçmiş baş nazir yalnız dövlət sirrini açıqlamaq ittihamı ilə həbsdə qalır.
Federal Təhqiqat Agentliyi iddia edib ki, Xan və Qureşi Xarici İşlər Nazirliyinin diplomatik kodundan siyasi məqsədlər üçün istifadə ediblər və məxfi sənədin məzmununu milli təhlükəsizlik maraqları hesabına şəxsi mənfəət üçün icazəsiz şəxslərə açıqlayıblar.
Qeyd edək ki, təhqiqat 2022-ci il martın 27-də Xanın Pakistanın Vaşinqtondakı səfirindən şifrli teleqram aldığını açıq elan etdikdən sonra başlayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 952 Tarix: 26 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazında neft tankerinə hücum edilib
Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli
2 oktyabrYaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
3 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabrRus ordusu daha 3 kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
2 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabr