Daha bir böyük COVID pandemiyasının vaxtı açıqlanıb
Dünyada 2020-2022-ci illərdə baş vermiş pandemiyaya bənzər böyük koronavirus infeksiyasının pandemiyasının yaranması yalnız immunitetə malik nəslin getməsi ilə mümkündür. Rusiya Dövlət Elmi "Vektor" Mərkəzinin molekulyar virusologiya şöbəsinin rəhbəri Valeri Loktyev "Openbio" forumundan kənar müzakirələr zamanı bildirib ki, böyük pandemiyasız dövr təxminən 30 il çəkəcək.
Koronavirus infeksiyası ilə mübarizə üzrə federal əməliyyat qərargahı bir gün əvvəl Rusiyada son həftədə COVID-ə yoluxma hallarının 22,3%, xəstəxanaya yerləşdirilənlərin sayının isə 18% artdığını bildirmişdi. Rusiya Federasiyasının 47 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, 74 regionda isə xəstələnmə hallarının artması qeyd edilib.
"Çox güman ki, yeni ciddi koronavirus pandemiyaları immuniteti olan bu nəsil bitdikdən sonra yaranacaq. Yəni böyük pandemiyalar kifayət qədər uzun - onilliklərlə fasilələrlə qeydə alınıb. Lakin burada vəziyyəti ağırlaşdıran bir hal var. İlk koronavirus epidemiyası 2003-cü ildə, növbətisi isə 2020-ci ildə baş verib. Aralarında 17 il var. Amma 2003-cü ildə genişmiqyaslı epidemiya olmadı, ona görə də indi, məncə, sakit 30 illiyimizi yaşayırıq", - deyə o bildirib.
Loktyev izah edib ki, adətən pandemiyalar arasındakı bu müddət insan ömrünün yarısına bərabərdir, qrip virusu üçün bu müddət 57 ildir. Alim əlavə edib ki, koronavirus infeksiyası artıq mövsümi infeksiyaya çevrilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4476 Tarix: 27 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyulQətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi
Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib. TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır. Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək
12 iyulFransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
12 iyulABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını
13 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyulABŞ senatoru Lindsi Qrem vəfat edib
ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi
12 iyul