Amazonda quraqlıq son 10 ildə ən pis səviyyədədir
Amazon hövzəsindəki ekvatorial tropik meşə bölgəsində Braziliyanın Amazonas əyalətində baş verən quraqlıq son 20 ilin ən pis quraqlıqlarından birinə çevrilib.
Məlumata görə, quraqlıq səbəbindən Amazonun Solimoyns, Purus, Jurua, Madeyra və Rio-Neqro kimi böyük qollarında suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin 2005 və 2010-cu illərdəki genişmiqyaslı quraqlıqlarla müqayisədə daha yavaşdır. Meteoroloqlar bildirirlər ki, Braziliyanın şimalında yağıntının miqdarı orta səviyyədən aşağıdır.
Nəticə etibarı ilə federal hakimiyyət orqanları yerli çay nəqliyyatının təqribən 40%-nin risk altında olduğunu və ya çayın dayazlaşmasının nəticələrini artıq yaşadığını təxmin edir. Amazonas ştatının 62 bələdiyyəsindən 59-da quraqlıq hökm sürür, 15-də isə vəziyyət fövqəladə vəziyyət elan edilib. Regionun qubernatoru Uilson Limanın müraciətinə cavab olaraq federal mərkəz ora humanitar yardım göndərilməsi barədə göstəriş verib. Bununla paralel olaraq hakimiyyət təbii yanğınlara və meşələrin qəsdən yandırılmasına qarşı mübarizəni gücləndirmək niyyətindədir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1161 Tarix: 28 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyulQətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi
Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib. TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır. Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək
12 iyulFransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
12 iyulABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını
13 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyulABŞ senatoru Lindsi Qrem vəfat edib
ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi
12 iyul