"Azərbaycan ilə Türkiyə regionda yeni geosiyasi nizam yaradırlar" - Siyavuş Novruzov

"Azərbaycan ilə Türkiyə regionda yeni geosiyasi nizam yaradırlar" - Siyavuş NovruzovTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri, Prezident İlham Əliyev ilə görüşü zamanı imzalanan sənədlər, ifadə olunan fikirlər, verilən mesajlar həm ölkə, həm də dünya mediasının diqqət mərkəzindədir. Bu kontekstdə bir neçə məqam xüsusi olaraq diqqəti cəlb edir.

"Dost, qardaş və strateji müttəfiq olan Azərbaycan ilə Türkiyə nadir əməkdaşlıq nümunəsini ortaya qoyurlar. Müxtəlif sahələrdə işbirliyinin genişləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Yeri gəlmişkən, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə yanaşı, əlaqələrin dərinləşməsini şərtləndirəcək. Digər bir mühüm məqam həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensialın olduğu Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən işlərdir. Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı mümkün olacaq ki, bu da yeni əməkdaşlıq istiqaməti kimi mühüm əhəmiyyətə malikdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, istər Prezident İlham Əliyevin, istərsə də Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha sübuta yetirdi.

"Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla - qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. Unutmamışıq və daim xatırlayacağıq: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı hərbi-siyasi əsarətdən xilas edərkən qardaş Türkiyə bir daha yanımızda oldu, qətiyyətli mənəvi-siyasi dəstək göstərərək birlik - həmrəylik nümayiş etdirdi. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında - dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin haqlı mövqeyini ifadə edən bəyanatların verilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir. Yeni reallıqlar fonunda iki ölkənin strateji gündəliyinin mühüm tərkib hissəsi regional əməkdaşlıq və təhlükəsizliklə əlaqədardır. Xüsusilə də, bölgədə kommunikasiyaların bərpası, konkret olaraq Zəngəzur dəhlizinin yaradılması məsələsi ayrıca diqqət mərkəzindədir. Bu, həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Xüsusilə də, yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması həm iqtisadi və siyasi, həm də strateji önəmə malikdir.
Nəticə etibarilə, Azərbaycan ilə Türkiyə regionda yeni geosiyasi nizam yaradırlar. Bu, sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməklə ölkələrimizin, dost və tərəfdaş dövlətlərin, həmçinin konstruktiv əməkdaşlıqda maraqlı olan qüvvələrin qarşısında yeni və mühüm perspektivlər açır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1350   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

4 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr