Mövludi-Nəbi Həftəsində şəhidlərimiz anılıb

Mövludi-Nəbi Həftəsində şəhidlərimiz anılıbTürkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşavirliyinin təşkilatçılığı ilə 27 Sentyabr Şəhidlərimizin Anım gününə həsr edilmiş Həzrət Peyğəmbərin mübarək mövludu münasibətilə Bakı şəhəri Şəhidlər məscidində "Peyğəmbərimiz, İman və İstiqamət" adlı tədbir keçirilib.
Tədbir ilahiyyatçı Sadiq Novruzovun Qurani-Kərim tilavəti ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşaviri İhsan Açık qonaqları salamlayıb və günün əhəmiyyətindən bəhs edib. Həzrət Peyğəmbərimizə olan sevginin insan həyatına qatdığı dəyərdən danışıb.

Daha sonra söz ürək sözlərini söyləməsi üçün Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Necmeddin Bilal Erdoğana verilib. O da öz çıxışında şəhidlik zirvəsindən və Peyğəmbərimizə sevgidən danışıb. Natiq öz çıxışında Həzrət Peyğəmbərin hər birimiz üçün nümunə bir şəxsiyyət olduğunu qeyd edib. O öz çıxışında bu mübarək həftədə keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı şəhidlərin anım günündə belə bir ruhaniyyəti yüksək olan bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Tədbir iştirakçılarını Mövludu-Nəbi münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Atatürk Kültür, Dil və Tarix Yüksək Təşkilatının sədri Derya Örs öz çıxışında birlik və bərabərliyimizdən danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tədbirdə çıxış edərək vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidləri rəhmətlə anıb və Həzrət Peyğəmbərin yüksək şəxsiyyətindən bəhs edib.

Daha sonra Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş Qurani-Kərimdən ayələr tilavət edib.

Tədbirin sonunda Nərimanov rayonu Cümə məscidinin imamı Araz Abdullayevin ifasında dini qəsidələr dinlənilib və şəhidlərimizin ruhuna dualar edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1232   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

4 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr