Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilibSentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Sonxeber.az xəbər verir ki, iclasın əvvəlində Tahir Mirkişili Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun mövcudluğuna son qoyulması münasibəti ilə təbriklərinin çatdırıb, Qarabağ uğrunda canını qurban vermiş şəhidlərimizə rəhmət diləyib.

Sonra komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. İqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, sahibkarlığın inkişafı istiqamətində atılan addımların, bu sahədə qanunvericiliyin təkmilləşdiriloməsinin ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafına təsir edən amillər olduğunu söyləyib. O, Rəqabət Məcəlləsinin qəbulunun zəruriliyindən danışaraq, Azərbaycan Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsinin, 2021-ci il tarixli Sərəncamla ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın" Milli Prioritetinin formalaşdırılmasının, habelə  dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin edilməsinin, müasir tənzimləmə metodlarının tətbiqinin vacibliyindən söhbət açıb.
Nazir müavini sənədin hazırlanması zamanı bir sıra ölkələrin milli qanunvericiliklərinə müraciət olunduğunu deyib, istifadə edilən tövsiyə sənədləri barədə, layihənin üstünlükləri, o cümlədən haqsız rəqabət, təmərküzləşmələr, dövlətin rəqabətə təsiri, təbii inhisarlar, məsuliyyət məsələləri ilə bağlı məlumat verib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli öz çıxışında diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir və 9 əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Bildirilib ki, sənəddə ölkəmizdə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar əks olunub. Layihədə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabət orqanının vəzifəli şəxsinin öz vəzifələrini həyata keçirərkən müvafiq qanunvericiliyin maraqların toqquşması ilə bağlı prinsiplərinə riayət etməsi, habelə rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe, hökmran mövqedən sui-istifadə halları ilə bağlı məsələlər ehtiva olunur.

Qeyd olunub ki, Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Bununla yanası, təsərrüfat subyektlərinin təmərküzləşməsi, razılıq alınması tələb olunan təmərküzləşmələr, təmərküzləşmələrin qiymətləndirilməsi, təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi və araşdırılmasına dair məsələlər nəzərdə tutulub. Sənəddə, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi, subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi barədə məsələlər müvafiq maddələrdə müəyyən olunur.

Nəzərə çatdırılıb ki, Məcəllə layihəsində təbii inhisar sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi, bu subyektlərin fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti məsələləri, təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər təsbit olunur. Habelə, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, dövlət nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri, bazarın monitorinqi, yoxlamaların aparılması, sənəd və məlumatların rəqabət orqanına təqdim edilməsi və digər məsələlər öz əksini tapıb.

Komitənin sədr müavini Əli Məsimli, üzvləri Mahir Abbaszadə, Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Rüfət Quliyev, Aydın Hüseynov Məcəllə barədə öz fikir və qeydlərinin açıqlayıblar. Çıxışlarda sənədin mükəmməl şəkildə hazırlandığı, onun qəbulunun kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəyi bildirilib, inhisarçılığın aradan qaldırılmasının, bu sahəyə dövlət nəzarətin artırılmasının əhəmiyyətindən bəhs edilib, layihənin istehlakçıların maraqlarının qorunması baxımından önəmli olduğu qeyd olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, xidmətin rəis müavini Cəfər Babayev millət vəkillərinin qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra Rəqabət Məcəlləsinin layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilibMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilibMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1034   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund

3 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr