TƏBİB təcili yardımın ləğv olunma səbəbi - AÇIQLANDI
Xəbər verdiyimiz kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Sonxeber.az-a danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir:
"Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin qismində birləşdirilir".
O qeyd edib ki, mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə" sistemi şəklində qurulmasıdır.
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunması barədə məlumat yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6660 Tarix: 29 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabr"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabr