"Əziz Qənirə Paşayevanın nurlu xatirəsi onu sevənlərin qəlbində hər zaman yaşayacaq" - Tamam Cəfərova
"Qənirə xanımın vəfatı hamımızı sarsıtdı. Gözlədiyimiz möcüzə baş vermədi və bu gün Qənirə Paşayevanı son mənzilə yola saldıq".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Tamam Cəfərova bildirib.
Deputat vurğulayıb ki, Qənirə xanımın vəfatı Azərbaycan ictimaiyyəti üçün böyük və ağrılı bir itkidir:
"Qənirə xanın xalqın sevimlisi idi. Qənirə Paşayeva eldən getdi.Bugünkü vida və dəfn mərasimində insanların kədəri, göz yaşları bunu bir daha göstərdi. Təbii ki, bu mərasimə onu sevənlərin hamısı qatıla bilməmişdi. Amma sosial şəbəkələrə baxsaq, insanların Qənirə xanıma olan sevgilərini, onun vəfatından necə üzüldüklərini görə bilərik. Qənirə xanım xeyirxahlıq simvolu idi. Sanki O bu dünyaya həm də xeyirxaq işlər görmək üçün gəlmişdi.
Millə Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli ictimai-siyasi xadim idi. Qənirə xanım öz həyatını vətəninə, dövlətinə, xalqına həsr etdi. Vətən sevdalısıydı Qənirə. İstər jurnalist kimi, istərsə də millət vəkili kimi bütün fəaliyyəti dövründə çıxışlarının əvvəli də, sonu da Qarabağ məsələsi idi. Çox şükür ki, Qənirə xanım Qarabağın azad edilməsini gördü. Son intervyusu da antiterror əməliyyatında qəti qələbəmiz, Azərbaycanın suverenliyinin tam bərpası ilə bağlı oldu.
Qənirə sevərək yaşadı: vətənini, xalqını, dövlətini, Türk dünyasını....Sevilərək də bu dünyadan köçdü.
Əziz Qənirə Paşayevanın nurlu xatirəsi onu sevənlərin qəlbində hər zaman yaşayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2645 Tarix: 29 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrXınalıqda ilk qar - Video
Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir
3 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabrAzərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v
3 oktyabrAşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabrBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
4 oktyabr