İgid türk qadını: Qənirə Paşayeva

İgid türk qadını: Qənirə PaşayevaXəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Heydər Məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə millət vəkilinin ailə üzvləri yaxınları və bir sıra dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Məclisinin deputatı, Qənirə Paşayeva Türkiyə Elm və Mədəniyyət dünyasının yaxşı tanıdığı müstəsna addır. Bir çox Türkiyə siyasi nümayəndələri, Azərbaycan deyəndə ağıllarına ilk gələn biri şübhəsiz ki Qənirə Paşayeva idi. Türk Ocaqları Qaziantep Şöbəsinin təşkil etdiyi gecənin spikeri Qənirə Paşayeva oldu. Gələn iştirakçılar Qənirə xanıma heyran qalırdı. Türkiyə politoloqları, Qənirə Paşayevnı soylu, igid türk qadın qəhrəmanı kimi təsvir edilib. Onun simasında zəka, gözəllik, bilik, təcrübə, zəriflik və mərdlik ifadə olunurdu. 20 min illik tarixə malik türk xalqının dərin köklərindən gələn nəciblik, monumental nizam-intizamla Qənirə xanım salona hakim kəsilirdi. Çıxışlarında kimi zaman siyasətçi yaxud tarix müəllimi kimi çıxış edirdi. Gənclərə didaktik təlimlərlə çıxış etməklə bilməyənlərə bilməli olduqlarını izah edirdi. Türkiyədə çıxışlarında "Türkiyənin gücü Azərbaycanın gücüdür; Azərbaycanın gücü Türkiyənin gücüdür" devizini vurğulayan Qənirə Paşayeva birlik gücünün cəmiyyətin gücü olduğunu deyirdi.

Qənirə Paşayevə Avropada təşkil edilən beynəlxalq iclaslarda cəsarətlə çıxış edib. Millət vəkilə vaxtilə AŞPA-da "Azad müzakirələr" zamanı Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Ermənistan heyətinə sərt cavab verib. Çıxışı zamanı Dağlıq Qarabağda Respublikasının heç bir ölkə və beynəlxaq qurum tərəfindən tanınmadığını bildirən deputat ermənilərin ikiüzlü, riyakar siyasətini ifşa edib. Bununla yanaşı, beynəlxalq təşkilatlar Ermənistanın öhdəlikləri olduğu halda onlara heç bir sanksiyanın tətbiq etmədiklərini qeyd edib " Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib... Bir milyon insan qaçqın düşüb və evlərinə qayıda bilmir. Və bu problem illərdir həllini tapmayıb. Belə bir mühitdə gərginlik olmazdımı? Biz bunu həmişə demişik; "Qalıcı həll yolu təqdim edin, artıq səbrimiz yoxdur" dedik. Lakin nə Birləşmiş Millətlər Təşkilatı, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir iş görmədilər, baxmayaraq ki, bu, onların borcudur".

Qənirə Paşayevanın bir çox beynəlxalq tədbirlərdə ermənilərin ikiüzlü siyasətini ortaya qoyub. Qarabağ problem hər zaman mərhum deputatın diqqət mərkəzində olub. Torpaqlarımız düşmən tapdağı altında olarkən ərazimizin bir hissəsi belə müzakirə mövzusu olmayacağını bildirib: " İndi bizim bu gücə malik ordumuz var. Biz iqtisadiyyat, siyasət və beynəlxalq diplomatiya baxımından əvvəlkindən qat-qat güclü ölkəyik. Ermənistan əmin idi ki, nə etsə də, heç bir sanksiyalarla üzləşməyəcək. Amma bu dəfə Azərbaycan ordusu "səbrimizi çox sınadınız" dedi. Bundan sonra onlar öz razılıqları ilə gedəcəklər. Əks halda necə çıxarılacaqlarını gördülər..."

Türkiyə mətbuatına müsahibələrində 44 günlük Vətən müharibəsinin Azərbaycan Müasir tarixinə qızıl hərflərlə yazıldığını bildirən mərhum deputat bir qarış torpağımızın düşməndə qalmayacağını qeyd edib: Biz heç kimə müharibə elan etməmişik. Bizə müharibə elan etdilər. Buna müharibə kimi baxmaq olmaz. Həyata keçirilən tədbirlərə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatı kimi baxılmalıdır.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Azərbaycanın Tovuz şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Tibb Universitetində davam etdirən Q.Paşayeva həm də Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildə ANS televiziyasında müxbir kimi fəaliyyətə başlayan Paşayeva daha sonra eyni kanalda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1590   Tarix: 29 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

4 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr