Əkin sahələri BÖYÜYÜR – Bəs, aqrar sahəyə ayrılan vəsait NİYƏ AZALIR?
Gələn il Azərbaycan kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi üçün 1 milyard 109,9 milyon manat olması nəzərtə tutulur ki, bunun da ölkə iqtisadiyyatında xüsusi çəkisi 3,1 faizdir.
Bəs, bu vəsaitlərin azalması nə ilə bağlıdır?
Bizim.Media-nın bu və digər suallarını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli, bu proqnoza görə sözügedən vəsaitin ötən ilin büdcəsi ilə müqayisədə təxminən 92 milyon manat azaldığını qeyd edib.
Ekspert düşünür ki, aqrar sahəyə vəsaitlərin subsidiya şəklində ayrılması doğru deyil:
"Bu gün bir çoxları deyir ki, xərclər artırılmalıdır. Hardan və necə artacaq? Bunu soruşan yoxdur! Büdcə gəlirlərinin 52 faizini neftdən gələn gəlirlər təşkil edir. Bunun bir hissəsini isə aqrar sahəyə ayırmaq da düzgün deyil. Subsidiyaları elə sahələrə ayırmaq lazımdır ki, perspektivli və daim inkişaf edən bir sahə olsun. Əgər bir sahəni inkişaf etdirmək mümkün deyilsə, böyük subsidiyaların da nəticəsi olmayacaq. Bu sahədə idxalı tənzimləmək lazımdır ki, gətirilən məhsulları anbarlara yığaq və ehtiyat fondumuzu formalaşdıraq.
Ayrılan vəsaitin azalması o demək deyil ki, dövlətin prioritet məsələləri həll olunmayacaq və inkişaf olmayacaq. Əslində, ayrılan vəsaitlər düzgün və zəruri istiqamətlərə xərclənməli və prioritet planlar öndə olmalıdır. Həm öz ölkəmizin, həm də qonşu ölkələrin təcrübəsində də görürük ki, pul xərcləmək hələ yaxşı inkişaf etmək anlamına gəlməməlidir".
Ərazilərimiz işğaldan azad edildikcə, kənd təsərrüfatına yararlı yeni torpaq sahələri və yeni imkanlar ortaya çıxır. Belə olan halda, bu sahəyə daha çox vəsaitlərin cəlb edilməsi vacib olur. Əgər büdcə azaldılarsa, bu məsələ necə öz həllini tapacaq?
Ekspert bildirdi ki, yeni torpaqların dövriyyəyə buraxılması əslində fərdi təsərrüfatlar və özəl sahibkarlıq fəaliyyəti hesabına həll olunmalıdır:
"Əgər torpaqlar əkinə yararlıdırsa, deməli əkini də rentabelli olacaq və sahibkar gəlir əldə edəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrGürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
23 sentyabrAzərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 98,43 dollara düşdü
Fars körfəzi bölgəsindən tədarükün artması ümidləri fonunda neft qiymətləri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,82 dollar (0,83%) azalaraq 98,43 dollar/barel təşkil edib
23 sentyabr