İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTO
Alimlər yeni araşdırmalar nəticəsində dünyanın səkkizinci qitəsi adlandırılan Zelandiya qitəsinin mövcudluğunu tam sübuta yetiriblər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Yunan filosofu Aristoteldən tutmuş coğrafiyaşünas Eratosfenə qədər elm adamları tərəfindən bəhs edilən Zelandiya qitəsinin varlığı 375 ildən sonra rəsmən elan olunub.
Yeni Zelandiya Kral Araşdırma İnstitutunun (GNS Science) alimləri apardıqları yeni araşdırmalar nəticəsində ilk dəfə olaraq Zelandiya qitəsinin sərhədlərini aşkar ediblər. Dünyanın itmiş səkkizinci qitəsi adlandırılan Zelandiya, ilk dəfə yunan filosofu Aristotel, astronom Ptolemey və coğrafiyaşünas Eratosfen tərəfindən təsvir edilən xəyali qitə idi.
Daha sonra 1642-ci ildə holland kəşfiyyatçısı Abel Tasman Zelandiyanı tapmaq üçün yola çıxıb, lakin indiki Yeni Zelandiyanı kəşf edib. Zelandiya qitəsinin isə kəşf edilməsi düz 375 il çəkib.
Hazırda Zelandiya qitəsinin 94 faizi su altındadır. Elmi araşdırma "Tectonics" jurnalında dərc olunub. Tədqiqat üçün okeanın dibindən çıxarılan qaya nümunələrindən istifadə edilib. Tədqiqatlar nəticəsində qitənin tam səth sahəsi ilk dəfə hesablanıb və beş milyon kvadratmetr olduğu müəyyən edilib.
Səkkizinci qitə, yəni Zelandiyanın mənşəyi, təxminən 200 milyon il əvvəl parçalanmağa başlayan qədim superqitə Qondvana ilə bağlıdır. Zelandiyanın Qondvanadan 80 milyon il əvvəl ayrıldığı təxmin edilir. O, qonşuları Antarktida və Avstraliyadan daha tez su altında qalıb. Qitənin suyun üstündəki hissəsi Yeni Zelandiya, Fransanın Kalendoniyası, Lord Hou adası və şərqdə vulkanik Ball Piramidası adasıdır.
Zelandiyanın varlığına dair ilk real ipuçları Şotland təbiətşünası ser Ceyms Hektor tərəfindən toplanıb. Zelandiyanın bütün qitələr kimi sürükləndiyi, lakin çox gərildiyi üçün batdığı düşünülür.
Alimlər qabığının qalınlığı və qayalarının növünə görə Zelandiyanın qitə olduğu qənatinə gəliblər. Yeni Zelandiyanın daha böyük qitənin bir hissəsi olduğu sübut olunarsa, onun sərhədləri altı dəfə genişlənə bilər.
Fotoda Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı göstərilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1939 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrMakron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını
2 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabr