İsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEO

İsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEOİsrailin müdafiə naziri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlanan raket hücumları fonunda İsrailin mərkəzində və ölkənin cənubunda "xüsusi təhlükəsizlik vəziyyəti"nin tətbiqi barədə göstəriş verib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"İsrail müdafiə strukturlarının rəhbərliyi ilə birgə vəziyyəti qiymətləndirdikdən sonra müdafiə naziri Yoav Qalant Qəzza zolağından 80 km radiusda İsrailin cəbhəarxası hissəsində "xüsusi təhlükəsizlik vəziyyəti" elan edib", - deyə məlumatda bildirilir.

"Bu status İsrail müdafiə qüvvələrinə vətəndaşlara təhlükəsizlik təlimatı verməyə və lazımi obyektləri bağlamağa imkan verir", - deyə nazirlik əlavə edib.

Qəzza zolağından 80 km-ə qədər radiusda olan ərazi, ölkənin Qəzza zolağına bilavasitə bitişik olan cənub bölgələrindən əlavə, İsrailin mərkəzi hissəsini, Təl-Əviv və onun ətrafı, eləcə də Qüds və Negev səhrasının ərazisi, o cümlədən Beer-Şeva şəhərini əhatə edir.

"İsrail müdafiə qüvvələri hazırda Qəzza zolağına zərbələr endirir. Təfərrüat bundan sonra veriləcək", - deyə məlumatda qeyd edilib.

10:12

Qəzza zolağından İsrailə raketlər atıldığına görə İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcək.

Bundan əvvəl İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb.

Xatırladaq ki, Qəzza zolağı faktiki olaraq Fələstinin HƏMAS hərəkatının nəzarəti altındadır və İsrail onu terrorizmdə, onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.

09:25

İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri "Telegram" kanalında bildiriblər.

"Qəzza zolağından İsrailə raketlər atılıb", - deyə xəbərdə qeyd olunub.

İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib.

Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb./Oxu.az

İsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEOİsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEOİsraildə xüsusi təhlükəsizlik vəziyyəti elan edildi - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1434   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rus ordusu Xarkovun 3 kəndini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

1 oktyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər

2 oktyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr