Bayden İranı Nobel sülh mükafatı almış Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıb

Bayden İranı Nobel sülh mükafatı almış Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıbABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb.

Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib.

"İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram", - Amerika liderinin yazılı açıqlamasında deyilir.

Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb.

Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.

2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət Mükafatı" verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1108   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb

İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl

30 sentyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu

2 oktyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

Rusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi

Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu

2 oktyabr