Pomidor və xiyar niyə BAHALAŞIB?
"Azərbaycanda xiyarın və pomidorun bahalaşmasının payız mövsümü ilə heç bir əlaqəsi yoxdur. Açıq şəkildə yetişdirilən məhsullar bazara çıxarılmalıdır. Ancaq bu il məhsul az istehsal olunduğu üçün tez tükənib".
Bu sözləri Bizim.Media-ya açıqlamasında aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli deyib.
O, məhsulun az olması səbəbindən də sözügedən məhsulların qiymətinin bahalaşdığını bildirib:
"Bəzi eskpertlərin fikrincə, istixanalarda yetişdirilən məhsullar bazara çıxarılmıdığı üçün qiymətlər bahalaşır. Onlar hələ də bilmirlər ki, yay aylarında istixana olmur. Ümumiyyətlə, bəzi ölkələrdə belə şəraitdə yetişdirilən pomidor və xiyar məhsullarının bazara çıxarılması qadağandır. Qışa isə ən azı iki aydan çox var"
Onun sözlərinə görə, hazırda açıq sahələrdə yetişdirilən xiyar və pomidorun bazara çıxarılması üçün tezdir:
"Əgər bu ilin istehsalı olsaydı, məhsul əvvəlcə soyuducu anbarlarda saxlanılmalı, yalnız oktyabr ayından sonra bazarda satılmalıdır. Bir sözlə, ölkədə həm istehsal və təklif azalıb, həm də qiymət bahalaşıb".
Müsahibimiz, istehsalın azalmasını aqrar sahəyə olan diqqətsizliklə əlaqələndirib:
"Son vaxtlar aidiyyatı qurumlar tərəfindən bu sahəyə az diqqət göstərilir. Hökumət daha çox istixanaların tikintisinə daha çox maliyyə ayırdı və burada məhsul yetişdirilməsini stimullaşdırdı. Əslində isə açıq sahədə məhsul yetişdirilməsinə önəm verilməlidir. Bunun üçün də istehsalçıya dəstək artırılmalıdır.
Ancaq logistik imkanlar az olduğu üçün onlar istehsalı da azaltmağa çalışırlar. Yetişdirdikləri məhsul soyuducu anbarlarda saxlanılmalıdır ki, bu da əlavə vəsait tələb edir. Hökumət də bu sahəyə diqqət yetirməli və onlara aşağı faizli kreditlər təklif etməlidir. Əgər bu vəsait vaxtında təmin edilsəydi, onlar da soyuducu anbarlar inşa edər və məhsullarını uzun müddət saxlayardılar. Hazırkı anbarlarda isə saxlanma qiyməti yüksəkdir".
Qeyd edək ki, açıq tarla şəratində yetişdirilən pomidor və xiyar məhsulunun bazar qiyməti kəskin bahalaşıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrƏməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrAzərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabr