Onlayn ticarət yerli ayaqqabı istehsalını təhlükəyə salır? - ARAŞDIRMA

Onlayn ticarət yerli ayaqqabı istehsalını təhlükəyə salır? - ARAŞDIRMADövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycanda ayaqqabı istehsalı 38 faiz azalıb. Həmçinin istehsalla yanaşı, hazır məhsul ehtiyatında da azalma müşahidə edilir. Belə ki, 1 sentyabr 2023-cü il tarixində hazır məhsul ehtiyatı 5,6 min cüt olub. 2022-ci ilin eyni dövründə isə bu rəqəm 50,8 min cüt idi. Statistika rəqəmləri bunu deməyə əsas verir ki, hazır məhsul ehtiyatı 45,2 min cüt, 89 faiz, yəni 9,1 dəfə azalıb.

Bəs bu azalmaların səbəbi nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azalma yox, əksinə, artım var idi

İqtisadçı Xalid Kərimli dedi ki, 2023-cü ilə qədər ayaqqabı istehsalımızda problem yox idi:

"2019-2020-ci ildən etibarən Azərbaycanda istehsal olunan ayaqqabı sayında ciddi artım var idi. 2020-ci ildə 544 min 200 cüt ayaqqabı istehsal edilmişdisə, 2021-ci ildə bu rəqəm 1 milyon 214 min cüt olmuşdu. 2022-ci ildə isə 1 milyon 405 min cüt idi. Azalma 2023-cü ildən müşahidə edilir. İstehsalın üçdəbirindən çox azalması ciddi həyəcan təbili deməkdir".

X.Kərimlinin sözlərinə görə, ayaqqabı istehsalında xaricdən gətirilən materiallardan istifadə olunur:

"Ayaqqabı istehsalında istifadə olunan dəri materiallarını özümüz istehsal etmirik, materiallar xaricdən gəlir. Bu sahədə də xaricdən asılılığımız var. Xaricdən idxal olunub ölkəmizdə emal edilir. Çünki nə dəri malları üçün yerli xammal, nə də ciddi sənaye sahəmiz yoxdur".

Seçimə alıcı özü qərar verməlidir

İqtisadçı bildirdi ki, xarici məhsullar bazarda yerli məhsulları sıxışdırır, lakin bunun qarşısını almaq mümkün deyil. Çünki o zaman rəqabətli bazar olmaz:

"Ayaqqabı qiymətləri də, istehsal həcmləri də bazarda formalaşır. Azərbaycan əhalisinin də sayı artır. Bu da o deməkdir ki, alış həcmində ciddi dəyişiklik yoxdur. İstehsalın azalmasına səbəb yalnız idxalın yerli istehsalı sıxışdırması ola bilər. Yəni yerli məhsulların satışı azalıb deyə, istehsalı artırmayıblar. Lakin mağazalarımızda Türkiyədən, Çindən, Rusiyadan, Avropadan ayaqqabıların mövcud olması heç də pis deyil, əksinə, rəqabətli bazardır. Xarici məhsulların gətirilməsinə maneə yoxdur. Digər ölkələr daha yaxşı dizaynda və şərtlərlə istehsal edirlər. Ona görə hansı ayaqqabını alması alıcıların öz seçimidir. Alıcı var ki, 1500 manatlıq Fransanın, yaxud 1000 manatlıq İtaliyanın ayaqqabısını geyinir. 100 manatlıq yerli istehsalı geyinmək istəmirsə, heç kimi məcbur edə bilmərik".

Onlayn ticarət də istehsala təsir edir

X.Kərimlinin fikrincə, onlayn ticarət də istehsalın azalmasına səbəb ola bilər:

"Son dönəmlərdə insanların onlayn alışlarının artması da istehsalın azalmasını gücləndirən səbəblərdəndir. Onlayn satış platformaları alıcıların seçim imkanlarını əlverişli edir. Lakin yerli istehsal üçün əlavə problemlər, çətinliklər yaradır. Onlar daha ucuz və rahat təklif irəli sürürlər və beləliklə də yerli istehsalı sıxışdırırlar".

İqtisadçı qeyd etdi ki, azalma ayaqqabı bazarımız üçün heç bir təhlükə ehtiva etmir. Amma sahibkarlara, həmin müəssisələrin iqtisadi göstəricilərinə təsir edə bilər.

Yerli məhsullar onlara uduzur

İqtisadçı Pərviz Heydərov da bildirdi ki, ayaqqabı istehsalının azalmasına təsir edən əsas faktorlar həm onlayn alış-verişdə, həm də yerli mağazalarımızda xarici məhsulların daha üstün tutulmasıdır:

"Ayaqqabı istehsalının azalması, anbarlarda məhsul həcminin aşağı enməsi ucuz və keyfiyyətli xarici məhsulların ölkəmizə idxalı ilə əlaqədardır. Həmin məhsullar həm keyfiyyət baxımından, həm də qiymət nöqteyi-nəzərindən yerli məhsulları üstələyir".

P.Heydərovun fikrincə, əgər istehsalı artırmaq istəyiriksə, müəyyən işlər görməliyik:

"Xarici məhsullar daxili bazarda yerli məhsul növlərini sıxışdırırsa, satışını məhdudlaşdırırsa, deməli bizim istehsalımız rəqabətdə onlara uduzur. Yerli istehsal rəqabət qabiliyyətli olmalı, yüksək rəqabətə davam gətirməlidir ki, xarici məhsulların daxili bazarda satışını məhdudlaşdıra bilək. Ona görə burada rəqabət məsələsinə ciddi diqqət yetirilməli, yüksək keyfiyyətli məhsul istehsalı təmin olunmalıdır. Həmçinin istehsalı yaxşılaşdırdıqdan sonra daxili bazardakı xarici məhsulları sıxışdırıb çıxarmalıyıq".

Ekspertin sözlərinə görə, ayaqqabı istehsalındakı statistik rəqəmlər azalan tendensiya üzrə gedəcək. Əgər istehsal olunan məhsulun satışı qənaətbəxş səviyyədə deyilsə, o istehsal, təbii ki, aşağı düşəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1042   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021