Rusiyada donuz taunu YAYILDI - Azərbaycana da gələ bilərmi?

Rusiyada donuz taunu YAYILDI - Azərbaycana da gələ bilərmi?Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası yaydığı məlumata görə, Rusiyanın Primorye diyarında Afrika taununun yayılması səbəbindən təxminən 5 min donuz yandırılıb.

Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır

Risk nə qədərdir?

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyin ölkəmizdə yayılma riski çox aşağıdır:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ölkəmizdə donuz saxlanılması o qədər də geniş yayılmadığı üçün bu xəstəliyin donuzlar arasında yayılması riski çox aşağıdır. Həmçinin ölkəmizə idxal olunan məhsullar xüsusi müayinələr cəlb olunur və yalnız təhlükəsizlik, keyfiyyət göstəriciləri uyğun məhsulların idxalına icazə verilir".

Bəs sözügedən xəstəlik nə dərəcədə təhlükəlidir?

Tibb üzrə elmlər doktoru Adil Qeybulla Afrika taununun daha çox heyvan mənşəli xəstəlik olduğunu bildirib. Onun sözlərinə görə, bu virusa əsasən donuzlarda rast gəlinir:

"Bütün yaşlarda olan bu heyvanların xəstəliyə tutulma ehtimalı çox yüksəkdir. Bəzi ölkələrdə donuzların yeyilməsi ilə bağlı qadağanın zamanında tətbiq edilməsi, əslində bu xəstəliklərin qarşısının alınması ilə bağlıdır. Məsələ burasındadır ki, bu zoonos nə vaxtsa insana da keçə bilər. Bu gün isə bu xəstəlik insana keçmir və təhlükəli deyil. Ancaq ev heyvanları, əsasən də donuzlar üçün böyük təhlükə törədir".

Donuz taunu ölkəmizə də gələ bilərmi?

Ölkəmizdə bu heyvanların elə də geniş yayılmadığını söyləyən müsahibimizin sözlərinə görə, amma Qəbələ və digər bölgələrdə donuz fermaları var:

"Həm Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, həm də Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumatlara görə, Azərbaycanda donuzların sayı təxminən 6 minə yaxındır. Hər halda, bu qurumlar da Rusiyadakı vəziyyətlə bağlı həmin fermaları nəzarətə götürəcəklər. Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur. Bununla belə bizdə də donuz əti istifadə olunur. Ölkənin etnik tərkibi müxtəlif olduğu üçün ticarət məntəqələrində müxtəlif yerlərdən gətirilən donuz ətinin satışına rast gəlinir".

Həkim onu da qeyd edib ki, təkcə bu xəstəlik deyil, digər viruslar da əsasən qidalarla yayıla bilir:

"Hətta çirkləndirilmiş alətlər vasitəsilə, eləcə də zədələnmiş dəridən, selikli qişalardan digər heyvanlara keçə bilər. Ölüm səviyyəsi isə 100 faizə yaxındır. Belə ki, xəstələnmiş heyvanlar bir-biriləri ilə təmasda olduqda, xəstələnirlər və ölüm ehtimalı yüksəlir".

A.Qeybulla hesab edir ki, məsələyə ciddi diqqət yetirilməlidir:

"Xüsusilə ölkəyə donuz ətinin idxalı ilə bağlı müvafiq tədbirlər görülməlidir. Eyni zamanda donuz yetişdirilən fermalara diqqət ciddi şəkildə artırılmalıdır".

Qeyd edək ki, klassik donuz taunu - donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur.

Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanların ölüm nisbəti 80-100% təşkil edir. Həmçinin kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1540   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir

Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda

30 sentyabr
.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Rusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi

Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu

2 oktyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr