QHT Agentliyi qrant müsabiqələri elan edib

QHT Agentliyi qrant müsabiqələri elan edibQeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi gələn il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Agentlikdən "Report"a verilən məlumata görə, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna noyabrın 10-də başlanacaq.

Müraciət üçün son tarix 10 dekabrdır. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.

Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək);
• Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);
• Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi arzuolunandır.

Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:

A. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, "yaşıl düşüncə"nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir)

B. Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi

(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə işə, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir);

C. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə

(azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi "minasız dünya"nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir)

D. Qərbi Azərbaycana qayıdış prosesi

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük verilir);

E. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər

(A, B, C, D kateqoriyaları üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük verilir).

Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi (nümunə əlavə olunur - kiçik, orta, böyük qrantlar üzrə );
• layihənin icra planı (nümunə əlavə olunur);
• layihənin xərclər smetası (nümunə əlavə olunur);
• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə) (nümunə əlavə olunur);
• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı"nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);
• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur).

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• QHT-nin Nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
• məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri.

Meyarlar

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;
• layihənin innovativliyi;
• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
• layihə üzrə risklərin təhlili;
• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2023-cü il noyabrın 10-dan dekabrın 10-dək Agentliyin saytında aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected] (+994 12) 493-15-81


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 434   Tarix: 10 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib. -ın xəbərinə görə, bu barədə "Sputnik Gürcüstan" nəşri məlumat verib. Məlumata görə, rüsumlar İrəvanda iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın Ərazi idarəetmə və infrastruktu

21 fevral
.

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayə

23 fevral
.

Apreldə neçə gün iş olmayacaq?

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, aprel ayında qeyri-iş günü nəzərdə tutulmayıb. Beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali aprel ayında yalnız həftəsonları istirahət edə biləcək

21 fevral
.

Bakıda YENİ metrostansiya - ADI da...

Xəbər verildiyi kimi, paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlərin sözlərinə görə, illərdir təmiri gedən stansiyanı

22 fevral
.

"Efirlərimiz zir-zibildən təmizlənməli, peşə etikası olan insanlara həvalə edilməlidir" - AÇIQLAMA

Son günlər televiziya efirində baş verənlər, aparıcıların davranış tərzi və verilişlərin məzmunu ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə bəzi proqramlarda müşahidə olunan qalmaqallı üslub, etik sərhədlərin aşılması və şəxsi məsələlərin nümayişkaranə şəkildə müzakirəsi cəmiyyətd

23 fevral
.

VACİB XƏBƏR! Sabah bu ərazilərdə SU OLMAYACAQ

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fevralı

21 fevral
.

"​Metbuat.az" 9 yaşında!

Bu gün xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür. 2017-ci il 21 fevral tarixində fəaliyyətə başlayan " ötən 9 il ərzində operativliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyasını formalaşdırıb. Qısa müddətdə öz dəst-xətti ilə seçilən sayt bu gün aparıcı onlay

21 fevral
.

Bakıda bu ərazilərdə köhnə evlər SÖKÜLƏCƏK

Paytaxt və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun yenilənməsi prosesi sürətlənir. -in məlumatına görə, yeni layihələr çərçivəsində həm mövcud xətlərin modernləşdirilməsi, həm də yeni istiqamətlərin çəkilməsi nəzərdə tutulur. Lakin bu proses bəzi ərazilərdə fərdi yaşayış evlərinin sökülməsi il

23 fevral
.

Ürəkbulanmasını keçirən təbii ÜSULLAR

Ürəkbulanma müxtəlif səbəblərlə ortaya çıxa bilər. Bəzən xəstəliklərin yaratdığı infeksiyalar nəticəsində yaranır, bəzən isə stress kimi amillər səbəbilə müşahidə olunur. -ın məlumatına görə, ürəkbulanmadan xilas olmaq istəyənlər bəzi təbii üsulları sınaqdan keçirə bilərlər:. Zəncəfil: Təzə zəncəfil

23 fevral