Milli Oftalmologiya Mərkəzində xəstələrdən alınan pullar büdcəyə gedir, yoxsa kimlərinsə cibinə?
Milli Oftalmologiya Mərkəzində pasiyentlərdən yığılan ödənişlərin mühüm hissəsi dövlət büdcəsindən yayındırılır.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
"Mərkəzin uşaq bölməsində müayinə üçün 30 manat ödəniş tələb edilir. Bu pulun müqabilində isə qəbz verilmir. Həkim müayinəsinə gedən azyaşlı pasiyentlər göz bəbəyinin fotosunun çəkilməsi üçün 103 saylı otağa yönləndirilir. Burada isə hər bir pasiyentdən 5 manat alınır. Ancaq bu ödənişin əvəzində də bizə qəbz vermirlər"-deyə, məlumatda vurğulanır.
Acınacaqlı durumun Oftalmologiya Mərkəzinin böyüklər üçün olan korpusunda da hökm sürdüyü bildirilir.
"Mərkəzin 7 mərtəbəli korpusda qeydiyyatdan keçmək üçün kiçik bir otaq var. Burada əyləşən xanım müraciət edən pasiyentlərin adını jurnala işlədikdən sonra 5 manat alır. İkinci mərtəbədə olan 2011 saylı otaqda isə göz bəbəyinin fotosunun çəkilməsi üçün 10 manat alır. 2001 saylı otaqda isə xəstələrdən 20 manat alınır. Amma bu pullara görə qəbz verilmir".
Mərkəzdə pasiyentlərdən şifahi formada tələb edilib alınan vəsaitlərin əvəzində qəbz verilməməsinin arxasında yığılan pulların büdcədən yayındılması məqsədinin olması ehtimal edilir.
Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzindən və Səhiyyə nazirliyindən mövqe öyrənə bilmədik.
Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovdur.
Elmar Qasımov eyni zamanda Səhiyyə Nazirliyinin baş oftalmoloqudur.
O, 2006-cı ildən Milli Oftalmologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1080 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr