Bakı-Sumqayıt yolundan istifadə edənlənlərin NƏZƏRİNƏ – 40 manat CƏRİMƏ OLUNA BİLƏRSİNİZ
Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.
BAKU.WS xəbər verir ki, avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da bəzi sürücülər buna problem yaradırlar.
Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar.
Lakin avtobus zolağına daxil olan sürücülər inzibati xəta törətmələrindən xəbərsizdirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli BAKU.WS-ə bildirib ki, avtobus zolağına daxil olaraq qanunun tələbini pozan sürücülər cərimə olunacaqlar:
"Avtobus zolağına daxil olmuş digər nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını pozmuş olurlar. Qaydaları pozan sürücüləri 327.1 maddəsi ilə 40 manat cərimə gözləyir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1254 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr