İlon Maskın başı bəladadır: 24 saat vaxt verildi
Avropa İttifaqı (Aİ) Komissiyası son günlər X sosial media platformasında zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiyaların yayıldığını qeyd edib.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Aİ bu tip məzmunların xəbərdarlıqlara baxmayaraq silinmədiyini və şirkətin sahibi İlon Maska onları silmək üçün 24 saat vaxt verildiyini bildirib.
Rəqəmsal xidmətlərə cavabdeh olan Aİ Komissiyasının üzvü Tyeri Breton, əvvəllər Twitter olan X platformasının sahibi İlon Maska məktub göndərib. X platformasında göndərdiyi məktubu paylaşan Bretonun sözlərinə görə, Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının İsrailə hücumundan sonra X platformasında qeyri-qanuni məzmun və dezinformasiyanın yayılması üçün istifadə edildiyinə dair əlamətlər var.
Breton qeyd edib ki, bunlar arasında İsrail-Fələstin münaqişəsi ilə heç bir əlaqəsi olmayan, köhnə və hətta kompüter oyunlarından olan hissələri də ehtiva edən şəkillər var. "Növbəti 24 saat ərzində bu sorğuya tez, dəqiq və tam cavab verməyinizi xahiş edirəm" deyə Breton bildirib.
Sonda Breton mümkün araşdırmalar açıldıqdan və uyğunsuzluq aşkar edildikdən sonra cəzalar tətbiq olunacağı ilə bağlı şirkətin saibi İlon Maska xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1126 Tarix: 11 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AB Ukraynaya daha 2,9 milyard avro ayırdı
Avropa Komissiyası "Ukraine Facility" mexanizmi çərçivəsində Ukraynaya 2,9 milyard avro məbləğində növbəti tranşı ayırıb. xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Məlumata görə, vəsaitin bir hissəsi 90 milyard avro həcmində dəstək krediti hesabına təmin edilib. Qeyd edə
2 oktyabrRus ordusu Xarkovun 3 kəndini işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
1 oktyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrAvropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
2 oktyabrPutin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
2 oktyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrMakron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını
2 oktyabr