Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin əleyhinə çıxıb
Azərbaycanda şirkətlər elektron mühasibatlığa hazır olmadığı halda onlara bununla bağlı tələblər qoyulur.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov Azərbaycanda elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinə münasibət bildirərkən qeyd edib.
Deputatın fikrincə, burada bir neçə məqama diqqət yetirilməlidir: "İri sahibkarlıq subyektlərinin mühasibatlığı elektron olacaq. Lakin burada elektron mühasibatlığın hansı anlama gəldiyi bəlli deyil. Onlar bu mühasibatlığı inteqrə olunmuş elektron formada tətbiq edəcəklər yoxsa kağız üzərində gördükləri işi sadəcə kompüterdə görəcəklər? Bu aydın deyil.
Vəsaitlərin böyük qismini dövlət qurumları xərcləyir. Biz isə iri sahibkarlar üçün mühasibatlığın elektron aparılmasını məcburi edirik, amma dövlət qurumları üçün etmirik. Halbuki dövlət qurumlarının xərcləri daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə niyə iri sahibkarlığın hazır olduğunu düşünməliyik? Bu nə qədər doğrudur?".
İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, mühasibat uçotunun elektron formada aparılması ilə bağlı "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklikdə büdcə təşkilatlarının adının olmaması Vergi Məcəlləsindən qaynaqlanır.
"Dəyişikliklərdə Vergi Məcəlləsinə istinad olunub deyə sırf təsərrüfat subyektlərini qeyd etmişik. Amma burada bu məsələ ilə bağlı tutulan iradlar haqlıdır. Millət vəkillərinin yekdil fikri varsa, sənədə büdcə təşkilatlarını, dövlət qurumlarını da əlavə edə bilərik. Bu məsələdə problem yoxdur. Qanuna bu müddəa salınsa, bunu yalnız dəstəkləyərəm", - deyə nazir müavini vurğulayıb.
A.Bayramovun fikrincə, bu sahədə könüllülük dövlət siyasətinə uyğun gəlmir: "Düzdür bir çox müəssisələr individual qaydada, könüllü olaraq mühasibatlıq uçotunu elektron qaydada aparır. Lakin bu məsələdə könüllülük dövlət siyasətinə uyğun gəlmir. Biz daha çox subyektin mühasibatlıq uçotunu elektron aparması üçün bu dəyişikliyin qəbulunu düşünürük".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabrBakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrAzərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,
22 sentyabr