Fransanın regionda puç olan planları - Paris Cənubi Qafqazda fiaskoya uğrayıb

Fransanın regionda puç olan planları - Paris Cənubi Qafqazda fiaskoya uğrayıbUzun müddətdir Fransa Cənubi Qafqazda işğalçı planlarını işə salmağa cəhd edir. Amma Azərbaycanın düzgün hesablanmış addımları və xarici siyasətinin, diplomatiyasının uğuru nəticəsində bu planlar hər dəfə iflasa uğrayıb. Afrikanı uzun illərdir çapıb-talayan Fransanın Cənubi Qafqazla bağlı siyasətini əsasən dörd hissəyə bölmək olar.

1. Azərbaycan-Ermənistan sülh danışıqlarını sabotaj etmək

2020-ci il müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda sülh danışıqları keçirilir. Danışıqlar əsasən Avropada üçtərəfli, dördtərəfli və Rusiyada üçtərəfli formatlarda keçirilir. Son dövrlər isə Fransa danışıqları sabotaj etmək və Ermənistanı qızışdırmaq yolunu tutub. Əsas hədəf Ermənistanı Rusiya orbitindən çıxarmaq olsa da, bu, əslində sülh danışıqlarına kölgə salır və Cənubi Qafqaz regionunu inkişafdan saxlayır. ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Fransa tərəfkeşliklə məşğul olur, neytral və tərəfsiz mövqe saxlamaq əvəzinə Ermənistana havadarlıq edir. Son dövrlər isə havadarlıq missiyasının dozasını artıran rəsmi Paris konkret olaraq danışıqları sabotaj etmək planını biruzə verdi. Elə bu səbəbdən də oktyabrın 5-inə planlaşdırılan Qranada görüşü nəticəsiz qaldı. Azərbaycan Prezidenti İlham Əliyev görüşdən konkret olaraq imtina edərək Fransaya yerini göstərdi. Nəzərdə tutulan görüşə nə Azərbaycan, nə də Türkiyə prezidentləri qatıldı. Əvəzində isə Nikol Paşinyan suyu süzülə-süzülə Qranadaya səfər etdi və eyni tərzdə də geri qayıtdı. Təsadüfi deyil ki, Qərbin nüfuzlu KİV-ləri Azərbaycan və Türkiyənin iştirakı olmadan keçirilən Qranada görüşünü uğursuz və nəticəsiz adlandırdılar. Bu isə reallığı növbəti dəfə ortaya qoydu: Cənubi Qafqaz regionunun söz haqqı Azərbaycana məxsusdur. Bu regionla bağlı istənilən məsələdə Azərbaycanın mövqeyi nəzərə alınmalıdır, əks halda istənilən görüş, plan və layihə fiaskoya uğraya bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın planına uyğun olaraq, Qranada görüşündə anti-Rusiya mövqeyini davam etdirdi. Təsadüfi deyil ki, Paşinyan Qranada səfərindən qayıtdıqdan sonra Ermənistanın siyasi kulislərində Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatından (KTMT) çıxmaq, Aİİ-dən ayrılmaq və Rusiya qazından imtina etmək kimi söhbətlər dolaşmağa başladı. Aydındır ki, Fransa bu yolla Ermənistanı tam olaraq Rusiyanın orbitindən çıxarmağa çalışır. Elə buna görə də əvvəlcə Ermənistanın XİN başçısı Ararat Mirzoyan, ardınca isə Nikol Paşinyan Bişkek görüşündə iştirak etməyəcəklərini bəyan etdilər. Bu, əslində Rusiya ilə əlaqələrin hansı səviyyəyə enməsindən xəbər verir.

Bununla belə, Nikol Paşinyan da gözəl anlayır ki, Fransanın sabotajları ilə Qərb platformasında danışıqlar Azərbaycan üçün məqbul deyil və Azərbaycan bunu açıq şəkildə dilə gətirir. Azərbaycan Prezidenti İlham Əliyev konkret olaraq Fransanın vasitəçiliyinin üstündən xətt çəkir. Paşinyanın Bişkek görüşündən imtinasına isə İlham Əliyev artıq ikitərəfli görüşlərin keçirilmə ehtimalından danışır. Bu isə həm Nikol Paşinyana, həm də havadarı olan Fransaya mesajdır ki, artıq Azərbaycanın səbri tükənmək üzrədir və Ermənistanla təkbətək danışıqlar gündəmə gələ bilər.

Paşinyan isə gedən prosesləri gördüyü üçün Azərbaycanın təklif etdiyi "3+3" platformasında (Azərbaycan, Ermənistan, Türkiyə, İran, Rusiya, Gürcüstan - red) iştiraka razılıq verib və bu tip görüşləri dəstəklədiyini dolayı yolla etiraf edib. Əslində, bu da Fransaya ötürülən mesajdır ki, regionun məsələləri sırf region ölkələri ilə həll edilir. Region ölkələri arasında iqtisadi bloklar xarici aktorlara bölgəyə girməmək üçün bir mesaj sayılır.

Eyni zamanda, rəsmi Tbilisinin də vasitəçi kimi iştirak etməsi və Ermənistanla Azərbaycana sülh danışıqlarında platforma təklif etməsi danışıqlar platformasının yavaş-yavaş Qərbdən regiona tərəf keçməsi kimi dəyərləndirilə bilər. Onsuz da Qərbdəki danışıqlarda Fransanın iştirakına Azərbaycan qəti surətdə etiraz edir. Qalib və danışıqlarda diktə edən tərəf olan rəsmi Bakı həm "3+3", həm Rusiya, həm də Tbilisi platformalarına isti yanaşır. Ermənistanın isə bu təkliflərlə razılaşmaqdan başqa çarəsi qalmayacaq.

Qısacası, rəsmi Bakı Fransanın liderlik iddiasında olduğu Qərb platformasında danışıqları məqbul saymır. Çünki bu platformada sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı Fransanın diqtə etdiyi müddəalar Azərbaycanın maraqlarına uyğun deyil və bu açıq şəkildə dilə gətirilir. Rəsmi Bakı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təklifini qəbul etsə də, prinsipial məsələlərdə öz mövqeyini qoruyacağını bildirir. Ermənistan isə Rusiyanın vasitəçi olduğu platformadan boyun qaçırma yolunu tutub. Çünki Rusiyanın kommunikasiya xətləri və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları Fransanın planlarını alt-üst edir. Eyni zamanda Rusiyanın vasitəçiliyi regiona Ermənistan vasitəsilə daxil olmaq istəyən Parisin təsirini azaldır.

2. Fransanın sülhməramlı missiya arzusu

Fransa uzun müddətdir ki, Qarabağa öz sülhməramlılarını yeritmək üçün müxtəlif üsullara əl atır, Ermənistan kartından istifadə edirdi. Rusiya ilə regionda kəllə-kəlləyə gələn Fransa öz sülhməramlılarını Qarabağa yerləşdirmək üçün dəridən-qabıqdan çıxırdı. Medalın görünən tərəfi Fransanın Qarabağ ermənilərini qorumaq planı olsa da, əsas məqsədin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğu gün kimi aydın idi. Amma 19 sentyabrda Azərbaycanın başlatdığı lokal antiterror tədbirlərindən sonra baş verənlər Fransanın bu planını puç etdi. Həm erməni əhalinin könüllü surətdə köçü, həm də rəsmi Moskvanın mövqeyi Parisə tərs şillə kimi dəydi. Rusiya dəfələrlə sülhməramlıların taleyini ancaq və ancaq Azərbaycanla müzakirə edəcəyini bəyan etdi. Bu isə əslində "sülhməramlı missiyasına həvəsli" olan Fransaya da bir mesaj idi ki, bu işə yalnız Azərbaycanın razılığı ilə qol qoymaq olar. Azərbaycanın isə erməni havadarı rolunda çıxış edən, hər gün onun əleyhinə qərəzli və əsassız sərsəm bəyanatlar səsləndirən rəsmi Parisə qarşı mövqeyi birmənalıdır. Heç bir halda Azərbaycan Fransa sülhməramlılarının öz ərazisinə daxil olmasına icazə verməyəcək. Əgər söhbət Qarabağ ermənilərindən gedirsə, Azərbaycan öz ərazisində yaşayanların hüquq və təhlükəsizliyinə dəfələrlə təminat verib. Eyni zamanda Fransa hərbçilərinin regionda görünməsi rəsmi Tehranı da narahat edə bilər. Bu isə amerikalı hərbçilərlə İran sərhədində 10 gün təlim keçən Ermənistan üçün heç də xoş hal sayılmaz. Regiondakı yeganə müttəfiqini itirmək isə rəsmi İrəvan üçün xaotik nəticələrə səbəb ola bilər.

3. Silah alveri

Hindistandan sonra Ermənistana silah tədarükü etməyə hazırlaşan Fransanın bu niyyətini XİN başçısı Ketrin Kolonnanın İrəvana səfəri və açıqlamaları üzə çıxardı. O, "Fransa Ermənistanla ölkənin müdafiəsini təmin etmək üçün hərbi əməkdaşlıq üçün müqavilə imzalayıb" açıqlaması Fransanın regionun əsas silah tədarükçüsü Rusiyanı sıxışdırmaq həmləsi kimi dəyərləndirilir. Ümumiyyətlə, Fransa son illər dünya üzrə silah satışına görə, əsas yerlərdən birinə yiyələnmək arzusundadır. SIPRI (Stokholm sülh araşdırma institutu) hesabatları və digər rəsmi rəqəmlərə görə, 2018 və 2022-ci illərdə Fransanın qlobal silah bazarındakı payı 7.1 faizdən 11 faizə qədər artıb. Rusiyanın isə bu bazardakı payı 22 faizdən 16 faizə düşüb. Rusiya payındakı azalma Ukrayna ilə uzun müddətdir davam edən müharibə ilə əlaqələndirilir. Paris əsasən "Dassault Aviaton" və "Naval Group" şirkətləri vasitəsilə qlobal silah bazarına çıxışını təmin edir. Əsasən "Rafael" hərbi qırıcıları satan Fransanın Ermənistanla silah tədarükü barədə müqaviləsi regiondakı silah bazarından pay almaq niyyəti kimi dəyərləndirilməlidir. Amma müharibədə biabırçı məğlubiyyətlə üzləşən, xarici dövlət borcu 11 milyard dollardan çox olan, büdcə kəsiri hər il kəskin şəkildə artan Ermənistanın bu məsələdə Fransaya hansı PR aparacağı da məlum deyil. Çox güman ki, Fransanın regiondakı silah bazarına girişi həm Rusiyanın, həm də İranın maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də yaxın müddətdə həm rəsmi Tehranın, həm də rəsmi Moskvanın bu məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoyacağı ehtimal edilir.

4 .Əlcəzair qazı

Parisin keçmiş müstəmləkələrindən sayılan Əlcəzair İtaliya və Fransaya təbii qaz ixrac edir. Azərbaycanın son dövrlər Avropanın əsas enerji partnyorlarından birinə çevrilməsi Fransanı ciddi şəkildə narahat etməyə başlayıb. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsində Rusiyadan idxal edilən enerjiyə tətbiq edilən sanksiyalardan sonra artıq Avropanın digər ölkələrinə də Əlcəzairdən qaz idxalı məsələsi gündəmə gəlib. Əlcəzair dünyanın ən böyük qaz ixracatçılarından biridir (dünya üzrə 4-cü) və Avropaya nəql etdiyi qazın həcmi sutkada 92 milyon kubmetrdir. Bu isə sutkada 252.9 milyon kubmetr qaz ixrac edən Norveçdən sonra ikinci yer deməkdir. Azərbaycan Avropaya nəql etdiyi sutkalıq təbii qazın miqdarına görə dördüncü yerdədir. Üçüncü yerə Rusiya, beşinci yerə isə Liviya sahibdir.

Göründüyü kimi, Köhnə qitənin isə əsas qaz tədarükçülərindən biri Azərbaycandır və 2022-ci ildə Azərbaycan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə saziş imzalayaraq tədarükü artırmağa başlayıb. Sazişə əsasən, 2027-ci ilə qədər Azərbaycan Avropaya təbii qazın tədarükünü iki dəfə artırmalıdır. Ölkəmizin qazının əsasən Yunanıstan, İsveçrə, İtaliya və İspaniya kimi ölkələrə tədarük edilməsi planlaşdırılır. Hətta Qərb ekspertləri də Azərbaycanda qaz sektorunun gələcəyinin neft analoqundan daha parlaq göründüyünü qeyd edirlər. TANAP və TAP layihələri Türkiyə və Avropaya qazın nəqlini asanlaşdırır. Azərbaycan qazının əsas alıcısı İtaliyadır və Aİ-yə daxil digər ölkələr də Azərbaycanın enerji partnyorları sayılırlar. Ümumi olaraq, Azərbaycan Avropanın qaz tələbatının 5 faizini ödəyir. Bu, rəsmi Parisin yuxusuna haram qatır və Əlcəzair qazını ön plana çıxarmağa çalışaraq, Azərbaycanın bazardakı payını kiçiltməyi hədəfləyir. Amma görünür, Fransada bu planı dəstəkləyənlər və irəli sürənlər nə riyazi hesablamaları bilir, nə də geosiyasi dəyişikliklərdən xəbərləri var. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın Avropa qaz bazarında payı 5 faizdir və Avropanın Azərbaycan qazından imtinası isə sırf siyasi qərarlar nəticəsində mümkündür. Avropada isə belə qərarlar hər gün qəbul edilmir. Əksinə, Aİ Azərbaycanla enerji sektorunda yeni danışıqlar aparır, yeni müqavilələr imzalanır və üfüqdə yeni layihələrin olacağı da şübhəsizdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 882   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində

2 oktyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər

2 oktyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr