İxrac bazarımızın qırmızı meyvəsi - ARAŞDIRMA

İxrac bazarımızın qırmızı meyvəsi - ARAŞDIRMAİyul ayında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalı birinci yerə çıxıb. Hazırda bağlardan şaftalının "Zolotoy", "Fədai" və "Nektarin" kimi tezyetişən sortları tədarük edilir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir.

2023-cü ilin iyul ayında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalı birinci yerdə olub. Bu dövrdə 23 milyon dollar dəyərində şaftalı ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 milyon dollar və ya 55,4 % çoxdur.

Şaftalının ixracda birinci olma səbəbi nədir? Gələcək üçün şaftalı bağlarının daha da artırılması mümkündürmü?

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) sığortalanan məhsullar sırasına daxil edilib. Nəticədə həmin məhsullara güzəştli sığorta mövcuddur. Aqrar sığorta ərik və şaftalı (nektarin) bağlarını dolu, sel, donvurma və digər təbii fəlakətlər olarsa, risklərdən qoruyur.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ölkəyə ən çox valyuta gətirən meyvə

Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, ölkəmizdə dövlət dəstəyi sayəsində aqrar sektor özünün inkişaf dövrünü yaşayır: "İnnovativ üsullarla əkilən bağlara xüsusi bir yanaşma var. Bu yanaşma bağların salınmasına verilən subsidiyaların kifayət qədər yüksək olması ilə bağlıdır. Ona görə də fermerlər intensiv bağların salınmasına üstünlük verirlər. Fermer əkin seçimində sərbəstdir. Amma intensiv bağçılığa xüsusi dəstəyin olması bu sahəni sürətlə inkişaf etdirir".

A.Badamov vurğulayıb ki, fermerlər bazarda hansı məhsula daha çox tələbat varsa, o məhsulu əkməkdə maraqlıdır: "Son illər Rusiya bazarında şaftalıya tələbatın çox olması fermerləri daha çox bu məhsulun bağlarının salınmasına stimullaşdırıb. Ona görə də 2023-cü ilin birinci yarısında şaftalı ixracı qeyri-neft məhsulları arasında birinci yerə çıxıb. Hesab edirəm ki, şaftalı bağlarının əkilməsi daha da artacaq".

50 faizdən çox artım dinamikası
İqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, şaftalı bu ilin iyul ayında sadəcə müəyyən zaman kəsiyində rekord mövqeyə malik olub: "Ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında şaftalının birinci yerdə olmasının səbəbi mövsümi faktorla bağlıdır. Növbəti aylarda həmin məhsulun ixracı iyul-avqust ayı kimi olmayacaq. İxrac icmalının bu ilin sentyabr ayının göstəricisinə baxsaq, görərik ki, ilk yerdə elektrik enerjisi, ikinci yerdə pomidordur".

Ekspert vurğulayıb ki, ümumilikdə şaftalının istehsalında artım dinamikası müşahidə edilir: "Bunun bir neçə səbəbi var. Səbəblərdən biri Nazirlər Kabinetinin 2021-ci il tarixli müvafiq qərarı ilə ərik və şaftalının sığortalanan məhsullar sırasına daxil edilməsidir. Bu qərarın qəbulundan sonra intensiv bağların yaradılması artıb. Nəticədə ixracın artımı baş verib. Ümumilikdə şaftalı məhsulunun ixracında 50 faizdən çox artım dinamikası var. Bu, müsbət haldır".

Neçə hektar şaftalı bağı sığortalanıb?

Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 45 hektar şaftalı bağı sığortalanıb: "Bunlar - Ağdaş, Goranboy, Lənkəran, Qusar, Şabran, Şəmkir, Şəki rayonları ərazisindədir. Bütün bitkilərin sığortalanması zamanı aqrar sığorta haqqı əkin sahəsinin (və ya meyvə bağının) yerləşdiyi regiondan, əkin sahəsinin (və ya bağın) sahəsindən (yəni neçə hektardır), sahənin (və ya bağın) məhsuldarlığından və məhsulun qiymətindən asılıdır. Hesablanmış sığorta haqqının yarısını (50%) fermer, digər yarısını isə ona dəstək üçün dövlət ödəyir. Hadisə baş verdikdə ekspert sahəyə dəyən zərəri müəyyən edir və fermerə ödəniş edilir".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda hazırda 27 hektar nektarin bağı sığorta edilib: "Bağlar - Lənkəran və Qusar rayonları ərazisindədir".

Xaçmazda 20 min tona yaxın şaftalı toplanılır

Lənkəran Dövlət Universitetinin "Aqrar və mühəndislik" fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, ölkəmizdə uğurlu iqtisadi siyasət nəticəsində digər sahələr kimi kənd təsərrüfatı da inkişaf etməkdədir: "Eyni zamanda 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində reallaşdırılan işlər öz növbəsində aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyəyə çatdırılıb. Aqrar sahəyə dövlət dəstəyinin əsas aləti aqrar subsidiyalardır. Bu baxımdan ayrı-ayrı rayonlarda əldə edilən nəticələr də deyilənləri təsdiqləyir".

Ekspert əlavə edib ki, bu il Xaçmaz rayonunun təsərrüfatçıları şaftalı bağlarından bol məhsul əldə ediblər: "Hazırda bağlardan şaftalının "Zolotoy", "Fədai" və "Nektarin" kimi tezyetişən sortları tədarük edilir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsi isə qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edir.

Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3242   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır

Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək. "Report"un məlumatına görə, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur. Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur. Hesablam

16 noyabr
.

"HB Güvən Klinik" 150 min manat borca düşdü

"HB Güvən Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb. "Yurd.Media"ya istinadla xəbər verir ki, "HB Güvən Klinik" MMC-nin vergi borcu 149 min manatı ötüb. Qeyd edək ki, "HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir

11 noyabr
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15 noyabr
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

16 noyabr
.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr
.

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədləraras

3 noyabr
.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr