İmtahan öncəsi stressə düşüb meşəyə qaçdı
Honq-Konqda məktəbli imtahanlar öncəsi stress keçirərək meşəyə qaçıb.
Lent.az bildirir ki, xarici KİV-in məlumatına görə, 17 yaşlı Metyu Tsanq oktyabrın əvvəlində günorta saatlarında özü ilə yalnız pul götürərək məktəbi tərk edib. Yeniyetmənin anası o yoxa çıxandan sonra polisə müraciət edib, sosial şəbəkələrdə yazı yazaraq aidiyyatı şəxslərin axtarışa qoşulmasını xahiş edib.
"Biz səni sevirik, fəxr edirik ki, sən bizim oğlumuzsan, lütfən evə gəl, hər şeyin öhdəsindən birlikdə gələcəyik" qadın uşağa müraciət edib.
Xilasetmə qrupu yaradıldıqdan sonra Tsanqın tapılması üçün axtarış başlayıb. Mütəxəssislər Metyu izləmək üçün öyrədilmiş itlərdən də istifadə ediblər. Nəticədə şagird itkin düşəndən bir həftə sonra çayın yaxınlığındakı kolluqlarda tapılıb.
"Ona isti paltar və enerji içkiləri verdik. Müayinədən sonra qərara gəldik ki, uşağı helikopterlə xəstəxanaya göndərmək daha yaxşıdır", - xilasedicilərdən biri bildirib.
Tsanqın anası axtarışda kömək edən hər kəsə təşəkkür edib, Metyunun iradəsi və dərədən içdiyi su sayəsində sağ qaldığını vurğulayıb. Qadın əlavə edib ki, son vaxtlar oğlu qarşıdan gələn imtahanlarla əlaqədar stress və həddindən artıq təzyiq yaşayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1108 Tarix: 18 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"SpaceX" iyulun 16-da "Starship"in yeni sınaqlarını keçirəcək
Amerikanın "SpaceX" şirkəti iyulun 16-da "Starship" kosmik gəmisinin prototip raket daşıyıcısının yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir. "Starship"i
12 iyulMoldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR
Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ
11 iyulUkrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad
12 iyulDünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür
Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl
12 iyulAbbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql
12 iyulÇin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki
13 iyul