Avropa və Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur -

Avropa və Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur -Bu günlərdə Paşinyan Avropa Parlamentində çıxışında nə qədər ikibaşlı mövqe ortaya qoysa da, söylədi ki, ölkəsi bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, Fransa bulanıq suda balıq tutmaq siyasətini həyata keçirir: "Rəsmi Paris Ermənistanı silahlandırma yolunu seçib. Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə ediləndə Fransa Zəngəzurda konsulluq açmaq təşəbbüsünü ortaya qoyur. Bütün bunlar onu göstərir ki, bu gün əslində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına Ermənistandan 5 dəfə artıq Fransa mane olur. Ancaq biz qalibik. Müharibəni udduğumuz kimi sülhü də udacağıq!".

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, Avropanın regional mexanizmlərinə münasibətdə Azərbaycan həmişə vicdanlı davranıb: "Azərbaycanın 20 faiz ərazisi Avropa Şurasının üzvü tərəfindən işğalda saxlanılıb, amma təsisatın məhz hüquq adına effektiv reaksiyasını görməmişik. Avropa İttifaqının bir sıra üzvləri və Avroparlamentin timsalında təsisatları isə açıq formada erməni təcavüzü və separatizminə dəstək veriblər. Azərbaycan özünümüdafiə hüququnu həyata keçirib işğal və separatizmə son qoymaqla beynəlxalq hüququn aliliyini təmin edib. Amma bizim BMT Nizamnaməsi ilə təsbit olunmuş haqlarımızı mübahisələndirməyə çalışır, ermənilərin qayıdış hüququndan bəhs edən saxtakar bəyanatlar tirajlayırlar. Bizim hədəfimizdə erməni yox, işğal, separatizm və terror olub və ermənilər məhz Ermənistanın və havadarlarının təhriki ilə Qarabağdan köçüb. Onlarla ləyaqətə davranılıb, rahat gedişləri təmin olunub və proses də vizual formada sənədləşdirilib. Prezident İlham Əliyev isə ardıcıl Zəfərləri ilə, Ermənistanı, onun havadarlarını, o cümlədən Xankəndi təlxəkləri kimi mənəvi və siyasi cəhətdən bitmiş bu ünsürləri də yerlə yeksan etdi".

Deputat Azər Badamov qeyd edib ki, Avropalılar boş-boşuna Azərbaycana qarşı bəyanatlar qəbul etmək əvəzinə məsələlərə ədalətlə yanaşaraq regionda sülhün qurulması üçün gələcəyin gündəliyi haqqında danışsalar daha yaxşı olar: "Avropa parlamenti və Avropa İttifaqı elə hesab edir ki, onların dedikləri beynəlxalq hüquqdur. Amma unudurlar ki, dünyada suverenliyini tanınmış 200-ə yaxın dövlət var və beynəlxalq hüquq hamı üçün eynidir. 19-20 sentyabrda heç bir mülki şəxsə zərər yetirmədən keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın təzyiq altında məqsədli şəkildə Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin geri qayıtmasına şəraitin yaradılmasına çağırış edən Avropa İttifaqı güc yolu ilə deportasiya olunmuş 250 min azərbaycanlının təhlükəsiz qayıdışını və insan hüquqların təmin olunmasını Ermənistandan eyni şəkildə niyə tələb etmir? İşğaldan azad olunmuş ərazilərimizdə ermənilərin mədəni və dini abidələri ilə narahatlığını bildirən Avropa İttifaqı Ermənistanda və Ermənistanın Azərbaycanın suveren ərazilərində dağıdaraq təhqir etdikləri azərbaycanlıların məscidləri, tarixi və mədəni abidələri ilə bağlı səslərini niyə çıxartmadı? Ermənistanın döyüş meydanında ölü saylarını gizlətmək məqsədilə özlərinin basdırdıqları 1000 nəfərin itkin kimi təqdim etməsindən narahat olan avropalılar Birinci Qarabağ müharibəsindən itkin düşmüş və bu gün kütləvi məzarlıqlarda vaxtaşırı üzə çıxan 4 min azərbaycanlının taleyini niyə narahat etmir? Avropalılar nədir, bizi insan hesab etmirlər? Əgər onlar elə düşünürlərsə çox böyük səhv edirlər və biz özümüzə hörmət qoydurmağı bacarırıq. Çünki Cənubi Qafqaz regionu Avropanın da sülh içində yaşaması üçün çox vacibdir".

Deputat Razi Nurullayev qeyd edib ki, Qarabağ Zəfəri bizə yalnız suverenliyimizi qaytarmadı, düşmənlərimizi tanımağa da kömək etdi: "Qərb ölkələri Qarabağı Ermənistana vermək istəyirdilər. Niyə Əli Kərimli, Sevinc Osmanqızı və Avropaya səpələnən belələri Qərb ölkəsini tənqid etmir? Ö ölkələri adlarını fərqli fikir qoyub xaricdən maliyyələşən mətbuat da tənqid etmir".

Deputat Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin də özünü Fransanın müstəmləkəsi kimi apardığını vurğulayıb: "Bu gün Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 6 iyul tarixində Qoşulmama Hərəkatının iclasında Fransa müstəmləkəçiliyi ilə bağlı qaldırdığı məsələnin məntiqi davamıdır. Bu konfrans Azərbaycanın dünya səviyyəsində fundamental insan hüquqlarının qorunmasına verdiyi töhfənin növbəti təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev Fransanı dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmətlə yanaşmağa, Fransa Prezidentindən müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırmışdı. Təəssüf ki, Fransa hələ də üzr istəmək əvəzinə, ölkə daxilində pozulmuş insan hüquqlarını müdafiə etmək əvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir. Bununla kifayətlənməyib müxtəlif regionlarda yeni münaqişə ocaqları yaratmağa çalışır. Fransa bu cür təxribatlara müxtəlif formatlarda cəhd edir. Misal üçün Fransanın Ermənistanla yeni silah müqaviləsi imzalaması sülhə deyil, yeni qarşıdurmaya xidmət edir. Həm AŞPA-da həm də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamələr Fransa məhsuludur, məhz Fransanın dəstəyi ilə həyata keçirilir. Həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsası yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 602   Tarix: 20 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr