Siyavuş Novruzov Zahid Orucun 4-cü Respublika barədə fikirlərinə aydınlıq gətirməsini istəyib
"Zahid Oruc bizi məlumatlandırsın ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bu, dövlət üçün vacib məsələdir: "Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 4-cü Respublikanın Qələbə tarixini milli "Müstəqillik günü" kimi rəsmiləşdirməliyik. O bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi: "Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli "Müstəqillik günü" kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 723 Tarix: 20 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nə dana, nə quzu əti - Ən yaxşısı budur
Sağlam qidalanma axtarışında olan istehlakçılar üçün sürpriz bir nəticə ortaya çıxıb. Məlum olub ki, insan sağlamlığı üçün dana və quzu ətindən daha faydalı ət var. xəbər verir ki, avropalı aimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, ən çox istifadə olunan dana və quzu əti ilə müqayisəd
22 fevralAzərbaycanda insanlar ən çox bu yaşda ölürlər
2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb. Rəsmi statistikaya görə
23 fevral23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə günorta saatlarında şəhər sakini 26 yaşlı Emin Kərimovun yaşadığı ünvanda baş verib. Belə ki, aralarında yaranmış mübahisə zəminində o, 23 yaşlı həyat yoldaşı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib
23 fevralMartda 17 gün İŞ OLMAYACAQ - Maaşlar belə hesablanacaq
Qarşıdan gələn 17 günlük qeyri-iş günləri dövrü işçilərin hüquqları və əməkhaqqının hesablanması məsələsini gündəmə gətirib. Bu müddətdə işə cəlb olunan əməkdaşların ödənişi və ikiqat əmək haqqı prinsipi cəmiyyətin diqqət mərkəzindədir. Eyni zamanda əlavə istirahət günlərinin verilməsi mexanizmləri d
21 fevralİstirahət günü yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşama doğr
21 fevralApreldə neçə gün iş olmayacaq?
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, aprel ayında qeyri-iş günü nəzərdə tutulmayıb. Beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali aprel ayında yalnız həftəsonları istirahət edə biləcək
21 fevral