Azərbaycanın dövlət sərhədini icazəsiz keçən hava gəmisi ilə bağlı tələblər müəyyənləşib
Azərbaycana icazə almadan dövlət sərhədini keçən hava gəmisinin məcburi qaydada yerə endirilməsi, hava gəmisinin məhvinə icazə verilməsi ilə bağlı tələblər müəyyənləşib.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən parlamentin plenar iclasında bildirib.
O qeyd edib ki, bu məsələ "Aviasiya haqqında" yeni qanun layihəsində öz əksini tapıb: "Layihədə aviasiya sahəsində fəaliyyətə dair xüsusi tələbləri əhatə edən müddəalar əlavə olunaraq, icazələrin verilməsi, Azərbaycanın hava məkanında uçuşların həyata keçirilməsi, icazə almadan dövlət sərhədini keçən hava gəmisinin məcburi qaydada yerə endirilməsi, hava gəmisinin məhvinə icazə verilməsi ilə bağlı hallar isə xüsusi tələblər üzrə ayrılıb".
T.Mirkişili deyib ki, "Aviasiya haqqında" qanun layihəsinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, bir sıra yeni müddəalar və tənzimləmə mexanizmləri əlavə edilib.
Layihəyə "Hava limanları, aerodromlar və helikopter meydançaları" adlı yeni bir fəsil əlavə olunub.Yeni fəsildə ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işinin aparılması, hava limanlarının, aerodrom və helikopter meydançalarının inşası və yenidən qurulması ilə əlaqədar müvafiq ərazilərin ayrılması, tədqiqat, layihələndirmə və tikinti fəaliyyəti üçün verilmiş rəylər nəzərə alınmaqla icazələrin verilməsi, habelə helikopter meydançalarının istismara yararlılıq və təhlükəsizlik tələblərinin uyğunluğuna dair müddəaları əhatə edən yeni maddələr əlavə olunub.
Qüvvədə olan qanunda "Axtarış və xilasetmə" adlı bir maddə ilə əhatə olunan müddəalar təkmilləşdirilərək, axtarış və xilasetmənin təşkili, həmçinin ümumi tələbləri özündə əks etdirən "Axtarış və xilasetmə" adlı yeni bir fəsil əlavə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1177 Tarix: 20 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr