"HƏMAS"ın girovluqdan azad etdiyi amerikalı ANA VƏ QIZIN SON HALI - FOTO
İsrail "HƏMAS"ın hərbi qanadı İzzəddin əl-Qəssam Tuğaylarının girovluqdan azad etdiyi iki amerika vətəndaşının İsrail torpaqlarına çatdığını bildirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidmətinin yazılı açıqlamasında amerikalı Judith Raanan və qızı Natali Raananın azad edildiyi vurğulanıb.
Girovları İsrail əsgərləri Qəzza sərhədində qarşılayıblar.
Qəssam Tuğayları sözçüsü Ebu Ubeyde Qətərin səylərinə cavab olaraq "humanitar səbəblərdən" iki ABŞ vətəndaşını azad etdiklərini bildirib.
Qəssam Tuğayları sözçüsü daha öncəki açıqlamasında isə əllərində 200-250 girov olduğunu qeyd etmişdi.
Xatırladaq ki, oktyabrın 7-də Fələstinin "HƏMAS" hərbi qruplaşması İsrailə hücum edib. İki həftə ərzində atılan raket və HƏMAS terrorçuları 1400-dən çox şəxsin ölümünə səbəb olub.
Ümumilikdə 4 600-dən çox insan yaralanıb, 200-dən çox İsrail və xarici dövlətlərin vətəndaşları girov götürülüb.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1546 Tarix: 21 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR
Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ
11 iyul"Çelsi"nin keçmiş sahibi vəfat etdi
İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına
12 iyulÇində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub
12 iyulGünəşdə güclü partlayışlar ola bilər
13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "13 və 14 iyul tarixlərində Günəşdə partlayı
13 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyulİran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi
Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik
12 iyul