Kosmosdan Yerə səkkiz milyard ilə gəlib çatan radiodalğalar aşkar edildi

Kosmosdan Yerə səkkiz milyard ilə gəlib çatan radiodalğalar aşkar edildiAvstraliyalı astronomlar müəmmalı bir partlayış aşkar ediblər ki, bu partlayışa səbəb olan radiodalğaların Yerə gəlib çatma müddəti 8 milyard il çəkir.

Nəticələri "Science" jurnalında dərc edilən araşdırmaya əsasən, "Fast Radio Bursts" (FRB) (Sürətli radio dalğaları) adı verilən radiodalğalardan biri 8 milyard illik səyahətindən sonra Yerə gəlib çatıb.

Tədqiqatçılar "FRB 20220610A" adlandırılan dalğanın uzunluğunun bir millisaniyədən az davam etdiyini bildiriblər.

Tədqiqatçılardan olan Styuart Rayder "Australian Square Kilometer Array Pathfinder" (ASKAP) adlı radioteleskop vasitəsilə dalğanın haradan gəldiyini müəyyən edib. Daha sonra isə Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopundan istifadə edərək dalğanın gəldiyi qalaktika ilə bağlı axtarışlar apardığını qeyd edib.

Rayderin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində bu dalğanın digər FRB-lərdən daha uzaqdan gəldiyi və birləşməkdə olan bir neçə qalaktikanın partlaması nəticəsində yarandığı kəşf edilib.

Digər tədqiqatçı Rayan Şennon da FRB-lərin kainatın kütləsini hesablamaq üçün istifadə oluna biləcəyini nəzərə çatdırıb. Şennon qeyd edib ki, FRB-lər qalaktikalararası ionlaşmış materialı aşkar edə bilir.

Xatırladaq ki, 2007-ci ildə ilk FRB kəşf edildikdən sonra indiyədək 50 FRB-nin haradan gəldikləri müəyyən edilib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 801   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021