İrandan Ermənistana XƏBƏRDARLIQ – Köhnə dostlar DÜŞMƏNƏ ÇEVRİLİR?
İran Ermənistan münasibətləri artıq pozulmağa doğru istiqamət götürür. "Pars Today"in yazdığına görə, bu günlərdə İran Araz çayının çirkləndirilməsi ilə bağlı Ermənistana və mədən şirkətinə xəbərdarlıq edib.
İranın Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin rəsmisi İsa Bozorgzadə deyib ki, Araz çayının suyunun keyfiyyəti və çirklənməsi İranın Energetika Nazirliyinin qırmızı xəttidir:
"Keyfiyyəti yoxlamaq üçün birgə işçi qruplarımız var və çirklənmə ilə bağlı bildirişlər Ermənistan tərəfinə və mədən şirkətinə göndərilib. Biz suyun keyfiyyətinin vətəndaşlarımızın sağlamlığına təhlükə törətməməsini izləyirik".
O əlavə ədib ki, monitorinq İranın Enerji Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən həyata keçirilir. Bundan əlavə, Təbriz Universitetində də əlavə tədqiqatlar aparılır.
Qeyd edək ki, Tehranla İrəvan arasında Zəngəzur dəhlizi məsələsində də fikir ayrılığı var. İrəvan öz nəzarəti altında dəhlizin açılmasını istəsə də, İran ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasını özü üçün qırmızı xətt adlandırıb. Bundan əlavə, Zəngəzur dəhlizinə alternativ marşrutun İran ərazisindən keçməsi də tərəfləri üz-üzə qoyub.
Ermənistanın son zamanlar Qərblə münasibətləri gücləndirməsi də Tehranı narahat edir.
Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, İranın İrəvana verdiyi dəstək heç də onun Ermənistana olan sevgisindən irəli gəlmir:
"İran türk və Azərbaycan düşməni olduğu üçün Ermənistana dəstək verib, verir və gələcəkdə də verəcək. İranın Ermənistana münasibətdə əvvəlki siyasəti İrəvanı məmnun edirdisə, bugünkü siyasəti nəinki məmnun, həm də qane etmir. İran ABŞ-ın sanksiyaları altındadır. Ona görə də İran hazırda Ermənistana istədiyi formada kifayət qədər dəstək vermək imkanına malik deyil.
Burada ikinci amil Rusiyanın ehtiyatlı davranışıdır. Moskva düşünür ki, bölgədə İranın mövqeləri gücləndikcə, İrəvanın daha çox ona doğru meyllənməs nəticəsində Ermənistanı əlindən buraxa bilər. Başlıcası isə Tehranın Azərbaycana münasibətdə son zamanlar bir qədər yumşalması, Zəngəzur dəhlizinə alternativ yolun İrandan keçməsi təklifi də cənub qonşumuzun Ermənistana marağının müəyyən qədər azalmasına rəvac verib. İranın bu cür fəaliyyəti İrəvanı məmnun etmir".
Partiya sədri deyir ki, bölgədə şərtlər dəyişdiyindən İranın hazırda Ermənistana deyil, daha çox Azərbaycana ehtiyacı yaranıb:
"Ermənistan alətdir. İran da başa düşür ki, İrəvan daha çox Qərbin alətində alət olmağa hazırlaşır. O, mənada İran Ermənistan münasibətləri tədricən soyuyacaq. Amma bu mövsümü xarakter daşıyır. Günün birində şərtlər dəyişəndə Tehran dərhal yenə simasını dəyişəcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1034 Tarix: 21 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabr"Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
2 oktyabrYəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu
2 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrRumıniyaya pilotsuz uçuş aparatı düşüb
Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində
2 oktyabrPentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər
Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər
2 oktyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrGələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
1 oktyabr