Bir gündə mindən çox miqrant İspaniyanın Kanar adalarında lövbər salıb
Sadəcə şənbə günü İspaniyanın Kanar adalarına 1 000-dən çox miqrant axın edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Afrikanın şimal-qərbində yerləşən adada lövbər salan təqribən min nəfərdən 320-si sadəcə bir qayıqda adaya çatıb. Xilasedicilərin sözlərinə görə, bu onların indiyədək gördüyü ən dolu qayıq olub. Köçkünlərin sağlamlığı ilə məşğul olan Qızıl Xaç taxtadan olan qayığın rekord sayda insan daşıdığını, öncəki böyük sayın oktyabrın 3-də qeydə alındığını (271 nəfər) açıqlayıb.
Qızıl Xaçın məlumatına görə, şənbə günü El-Yerroya 783, Tenerifeyə 98, Qran-Kanariyaya isə 150 nəfər gəlib.
"Reuters" nəql edib ki, Atlantik arxipelaqının yeddi adası İspaniyaya çatmağa çalışan miqrantların əsas təyinat nöqtəsinə çevrilib. Qeyd olunub ki, bu il Seneqal və digər Afrika ölkələrindən keçid cəhdlərində artım müşahidə olunub.
Rəsmi məlumata əsasən, cari ilin yanvarın 1-dən oktyabrın 15-dək adalar 23 537 nəfəri qəbul edib ki, bu da öncəki ilin analoji dönəmi ilə müqayisədə 80 % çoxdur.
"Walking Borders" xeyriyyə təşkilatının verilənlərinə görə, bu il sərhədi keçəmək istəyən azı 1 000 nəfər ölüb.
Agentlik xatırladıb ki, oktyabrın 19-da İspaniyanın miqrasiya naziri əvəzi Kanar adalarına "fövqəladə miqrant axını"nın öhdəsindən gəlməsi üçün 50 milyon avro yardım paketi ayıracağını açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 864 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabrPutin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
2 oktyabrABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy
2 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrRusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu
2 oktyabr