490 manatlıq bilet və Acunun 35 min manatlıq istəyi...

490 manatlıq bilet və Acunun 35 min manatlıq istəyi..."Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı oktyabrın 22-si Bakıya gəlir". Aylar əvvəl anonsu verilən bu görüşdə iştirak üçün can atanlara 40-490 manat aralığında biletlər təklif edilmişdi. Bu məbləğindən keçib Acun abinin uğur hekayəsini, "İnnovativ inkişaf və fürsətlər" adını verdiyi stendapfason çıxışını izləyənlər, öyrənməkdən çox əyləndilər. Bəli, daha çox əyləndilər, düşünürəm ki, fikrimizi belə əsaslandırsaq, abilərimizin təbirincə abartmış sayılmarıq...

Tədbir yenicə başlamışdı ki, türkiyəli qardaşımızın "bundan sonrası üçün çəkimi dayandırırıq, kimsə telefonla çekmesin, çok özel şeylər konuşacağım" deməsi tamaşaçıda böyük maraq yaratdı.

Vaxt keçdikcə isə bunun növbəti şou anons olduğunu anladıq. A.Ilıcalının 90 dəqiqəlik çıxışı nəzərdə tutulsa da, görüşü 1 saata yola verməsi də diqqətdən qaçmadı. Doğrudur, televiziya rəhbərinin hər sözünə gülməkdən özünü saxlaya bilməyən və ətrafda "bu nəyə gülür" baxışları ilə onu məzəmmət edən tamaşaçılar da oldu, qorumaları keçib səhnənin yaxınlığına qədər gələn və hədiyyəsini Acun Ilıcalıya vermək istəyən qız da. Ona mane olmaq istəyənlərə, bu dəfə Acundan irad gəldi: "Bura qədər gəlib, indimi mane olacaqsınız?"

Nəsə bu qızın səhnəyə çıxması ilə "Uğurlarımın kökündə empati hissi dayanır. Ömrüm boyunca özümü qarşımdakı insanın yerinə qoyaraq yaşadım", - deməsi də bir o qədər səmimi təsir bağışlamadı. Niyə? - deyə soruşsanız, cavabı çox sadədir. Adam tamaşaçılara inkişaf karyerasından çox, müxbirlik etdiyi dönəmlərdə çəkdiyi verilişlərdən roliklər izlətdirdi, hansı ki, yutubdan çox asanlıqla tapıb izləyə bilərsiniz. Əgər özünün də dediyi kimi empati hissi olsaydı, tamaşaçının ondan nə istədiyini sezərdi. Hətta təşkilatçıların, sponsorların hədiyyələrini qəbul etmədən, səhnədən qaçmağa çalışmazdı...

Doğrusu, bizim kimi dəvətlə tədbirdə iştirak edənlərə baxanda, 490 manat verib bilet alanlara adamın lap ürəyi ağrıyır. Bir də əməlli-başlı özünə maya qoyub Acunla bir səhnəyə çıxacağı xəyalını quran bəzi həmvətənlərimizə. Özünüz olun, sadə olun, eqonuza qalib gəlməyə çalışın, xanımlar və cənablar! Yoxsa həmişə o pilləkənlərdən aşağı düşürülməyə məcbur olacaqsınız.

Əslində, Acun Ilıcalının indiki nöqtəyə gəldiyi məqamın uğurunun sirrini öyrənmək üçün baş sındırmağa gərək yoxdur. Səbəb çox sadədir: Adam adi həyatından fraqmentlər danışmağı belə pulla satır... Hələ Azərbaycandakı televiziya kanalında 10 dəqiqəlik efir üçün 35 min manat istəməsi varlanmaq sirrinin pik nöqtəsidir...

"Qafqazinfo"


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1442   Tarix: 23 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb

Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B

2 oktyabr
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

2 oktyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Rusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi

Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu

2 oktyabr
.

Seul Pxenyana silahsızlaşdırılmış zonadakı vəziyyəti müzakirə etməyi təklif etdi

Cənubi Koreyanın Birləşmə naziri Çonq Donq-yonq Demilitarizasiya Zonasında baş verən son hadisə ilə bağlı Şimali Koreya ilə danışıqlar təklif edib. xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə naziri Çonq Donq-yon bildirib. "Birləşmə naziri olaraq mən Şimala təklif edirəm: indi görüşüb danışmalıyıq

2 oktyabr