Göygöldə ayılar kəndlərə hücum edib, təsərrüfata zərər vurub - FOTO
Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücum edərək zərər vurublar.
Sonxeber.az report-a istinadən xəbər verir ki, son günlərdə dəfələrə onlara məxsus arı yeşikləri, mal-qara və meyvə ağacları ayılar tərəfindən zərər görüb.
Sakinlər bildirib ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən ciddi zərər yetirilib.
Belə ki, ayılar Quşçu kənd sakini Y.Qarayevaya, həmçinin Qarabulaq kənd sakini M.Haqveridyevaya məxsus arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağılıb, arı ailələri tələf olub.
Ayılar Qarabulaq kənd sakini E.Məmmədova məxsus meyvə və qoz ağaclarını da sındırıb. Qarabulaq kənd sakini S.Alışanova məxsus 2 baş mal-qara isə ayılar tərəfindən parçalanıb.
Sakinlər oxşar halın qonşu kənd olan Sarısu kəndində də baş verdiyini bildiriblər.
Onların sözlərinə görə, ayılar bir neçə dəfə kəndin içərisində də görünüb. Sakinlər ayıların nəinki təsərrüfatlara, hətta özlərinə də zərər vuracağından ehtiyat edirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin 10 saylı Regional idarəsinin əməkdaşları ərazidə olub, faktlarla bağlı qeydlər alıblar.
"İdarədən bildirdilər ki, rəsmi ov tüfəngi olan bir neçə kənd sakini ayıların kəndə, təsərrüfata hücum etməməsi üçün növbə çəksinlər, əgər ayılar gələrsə, havaya atəş açaraq onları qorxudub ərazidən uzaqlaşdırsınlar. Qeyd etdilər ki, ayını öldürmək olmaz, əgər ayını öldürsələr, küllü miqdarda cərmə ödəməli olacaqlar", - deyə sakinlər bildirib.
Kəndlilər heç bir sakində ov tüfəngi olmadığını və növbə çəkə bilməyəcəklərini deyiblər.
Qeyd edək ki, hər iki kənd meşəlik və dağlıq ərazidə yerləşir. Kənd sakinləri maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olurlar.






Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1323 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Laçında traktor minaya düşdü
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
26 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrİmişli Şəkər Zavodunda yanğın oldu
İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarında
28 sentyabrBakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis
23 sentyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrSabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfində
26 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrYanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna
23 sentyabr