Nazirlikdən AÇIQLAMA - 15 gün ərzində... - FOTO
Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı qaydalarda yeni dəyişikliklər edib.
Sonxeber.az report-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, aztəminatlı ailələrə dəstək məqsədi daşıyan dəyişikliklərə əsasən, sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, ailədə I dərəcə əlilliyi olan ailə üzvü, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa, eləcə də ailədə üç və daha çox uşaq varsa ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmayacaq.
Ailə tərkibində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə sosial yardım dayandırılır və ailənin ünvanlı yardım almaq hüququna müraciəti əsasında yenidən baxılırdı. Yeni dəyişikliklə bundan sonra ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə, ailə üzvü vəfat etdikdə, ailə üzvü hərbi xidmətə çağırıldıqda və ya ehtiyata buraxıldıqda, əmək qabiliyyətli ailə üzvünün I dərəcə və ya 18 yaşınadək əlilliyi olan şəxsə, yaxud 8 yaşadək uşağa qulluq etmə müddəti başa çatdıqda və ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil müddəti başa çatdıqda sosial yardım dayandırılmayacaq və ödənişi davam edəcək.
Həmçinin ailənin gəlirlərində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb olan dəyişikliyə görə yardım dayandırılırdısa, bundan sonra ailənin müraciətinə ehtiyac qalmadan onun yardım almaq hüququna 15 gün ərzində e-sistem tərəfindən yenidən baxılacaq.
Ünvanlı sosial yardım proqramında aztəminatlı ailələrə dəstək məqsədli digər yeni dəyişikliklər də edilib.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10696 Tarix: 26 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. xəbər verir ki, 199-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydə
21 fevralAzərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR
Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək. Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 2
22 fevralAzərbaycanda bu şəxslərə KOMPENSASİYA ödəniləcək
"Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək". xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramo
23 fevralVACİB XƏBƏR! Sabah bu ərazilərdə SU OLMAYACAQ
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fevralı
21 fevralÖtən ay avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb
Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,
21 fevralNazirin iki müavini vəzifəsindən azad edildi
General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib. Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyi
23 fevralAzərbaycanda insanlar ən çox bu yaşda ölürlər
2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb. Rəsmi statistikaya görə
23 fevral