Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR
Əmək şəraiti və stajına görə, həmçinin uşaqlı qadınlar və azad edilən ərazilərdə işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlə bağlı yeni qaydalar tətbiq ediləcək.
Trend-in əldə etdiyi məlumata görə, sözügedən şəxslərə istifadə etmədikləri əlavə məzuniyyətə görə kompensasiya veriləcək.
Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müddəti 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.
Əmək stajına görə əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə 5 ildən 10 ilədək əmək stajı olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü, 15 ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Uşaqlı qadınların əlavə məzuniyyətləri
Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək 3 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti
İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi
Hazırda qüvvədə olan qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən yuxarıda nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmir.
Yeni qərara əsasən isə, bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanması prinsiplərinin tələbləri ilə uyğunsuzluq təşkil etdiyinə və ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığına görə yuxarıdakı abzasdakı müddəanın tətbiqi dayandırılacaq.
Mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi yuxarıda göstərilən əlavə məzuniyyətlərinə görə istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
SOCAR neftçiləri təbrik edib
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...